Accessibility links

ABŞ-ın yüksək səviyyəli diplomatları və müdafiə rəsmiləri Konqres qarşısına çıxacaq


ABŞ prezidenti Barak Obama administrasiyasının yüksək səviyyəli diplomatları və müdafiə rəsmiləri Birləşmiş Ştatların Syriyaya hərbi müdaxiləsi ilə bağlı bu gün Senatda ifadə verəcəklər.

Birləşmiş Ştatlarn dövlət katibi Con Kerri, müdafiə naziri Çak Hegel və Birgə Qərargahlar rəisi, general Martin Dempsi Senatın Xarici Əlaqələr Komitəsi qarşısına çıxmalıdırlar.

Cənab Obama Suriyada mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edildiyinə görə bu ölkəyə hərbi müxadilə etməzdən əvvəl Konqresin razılığını almaq istəyir.

Ağ Ev rəsmiləri qanunvericilərlə cənab Obamanın planı ilə əlaqədar bağlı qapı arxasında müzakirələri davam etdirir.

Prezident Obama ilə görüşdən sonra senatorlar Con Makkeyn və Lindsi Qraham görüşdən məmnun qaldıqlarını, lakin plana bəzi dəyişikliklər edilməli olduğunu deyiblər. Cənab Makkeyn bildirib ki, müxalif üsyançı qüvvələrin gücləndirilməsidən əvvəl Suriya prezidenti Bəşar Əl-Əsədin imkanları məhdudlaşdırılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG