Accessibility links

Prezident Obama tornadonun zərər vurduğu bölgəyə gedəcək



ABŞ prezidenti Barak Obama bazar günü Oklahoma ştatında güclü tornadonun zərər vurduğu Mur şəhərinə səfər etməyi planlaşdırır. Təbii fəlakət nəticəsində 24 adam həlak olub, şəhərin böyük bir hissəsi yerlə yeksan olub.

Prezident Obama bazar ertəsi baş vermiş tornado qurbanlarının ailə üzvləri, həmçinin dağıtılar altından uşaqlar da daxil olmaqla, 100-dən çox insanı çıxaran könüllülərlə görüşəcək.

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Canet Napolitano fəlakətin nəticələrinin aradan qaldırılması səyləri ilə tanış olmaq məqsədilə Mur şəhərinə səfər edib.

Prezident Obama Oklahoma ştatının eyniadlı paytaxtı ətrafını fəlakət zonası elan edib.
XS
SM
MD
LG