Accessibility links

Obama Trampı qələbə münasibətilə təbrik edib


ABŞ prezident Barak Obama 2016-cı il prezident seçkilərində nyu yorklu biznesmen Donald Trampı qələbə münasibətilə təbrik edib. “İndi biz hamımız onun ölkəni birləşdirib ona rəhbərlik etməsində uğur əldə etməsinə azarkeşlik edirik”-deyə prezident Obama bildirib. ABŞ prezidenti bu açıqlamaları vitse-prezident Co Baydenlə birlikdə Ağ Evdə keçirdiyi brifinq zamanı verib.

ABŞ prezidenti uzun müddət sürən çətin seçki kampaniyası və dərin ziddiyyətlərə baxmayaraq, xatırladıb ki, “biz hamımız ilk növbədə amerikalıyıq.”

2016-cı il ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton məğlubiyyətini tanıyıb
2016-cı il ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton məğlubiyyətini tanıyıb

Obamanın açıqlamalarının tonu Amerikanın ilk qadın prezidenti seçilmək uğrunda mübarizə aparan Hillari Klintonun xeyrinə bazar ertəsi kampaniya apardığı zaman tonundan tam fərqli idi. Kampaniya tədbiri zamanı Obama Trampın prezident olmağa “hazır olmadığını və “yaramadığını” və onun seçildiyi təqdirdə səkkiz il ərzində əldə edilən inkişafın dayanması demək olacağını deyib.

Prezident Obama hakimiyyətin keçidini müzakirə etmək üçün Donald Trampı cümə axşamı Ağ Evə dəvət edib. Yeni prezident 2017-ci ilin yanvarın 20-də inaqurasiyadan sonra rəsmən vəzifələrinin icrasına başlayacaq.

ABŞ prezidenti seçilmiş Donald Tramp ailə üzvləri ilə birlikdə Manhettendə tərəfdarlarını salamlayır
ABŞ prezidenti seçilmiş Donald Tramp ailə üzvləri ilə birlikdə Manhettendə tərəfdarlarını salamlayır

Demokrat Hillari Klinton ABŞ prezident seçkilərində Donald Trampa məğlub olduğunu tanıyaraq, onun “bütün amerikalılar üçün müvəffəq prezident olacağına” ümid etdiyini bildirib.

2016-cı il ABŞ prezidentliyi uğrunda mübarizənin qalibi milyarder respublikaçı Donald Tramp olub. Tramp ABŞ-da seçkili orqana heç vaxt seçilməyib, hərbi qüvvələrdə xidmət etməyib və yüksək səviyyəli vəzifə tutmayıb. 70 yaşlı Donald Tramp həm də ABŞ prezidenti seçilmiş ən yaşlı namizəddir.

XS
SM
MD
LG