Accessibility links

Obama: Ukrayna böhranı ABŞ və Rusiya arasında soyuq müharibə dövrünün şahmat partiyası deyil


ABŞ prezidenti Barak Obama Ukrayna hadisələri ilə əlaqədar Qərb və Rusiya arasında soyuq müharibə dövründə olduğu kimi rəqabət əhval-ruhiyyəsinin canlanmamalı olması ilə bağlı xəbərdarlıq edərək, onun administrasiyasının münaqişəni rəqabət aparan tərəflərin şahmat oyununa çevirmək fikrində olmadığını deyib.

Cənab Obama bu açıqlamanı Meksikada Şimali Amerika ölkələrinin liderlərinin sammitində jurnalistlərin suallarını cavablandıran zaman verib. “Biz ABŞ-da bu vəziyyətə soyuq müharibə dövründə olduğu kimi Rusiya ilə oynadığımız şahmat partiyası kimi baxmırıq”-deyə cənab Obama bildirib.

Prezident Obama Ukrayna və Suriyada böhranın ABŞ və Rusiya arasında rəqib münasibətlərin göstərəcisi olmadığını deyib. Lakin bununla bərabər o, Rusiyanın bu ölkələrin xalqlarının ölkənin gələcəyi ilə bağlı fərqli baxışlara malik olmasına baxmayaraq, Ukrayna və Suriyada hökumətləri dəstəkləmədiyini vurğulayıb.

“Bizim məqsədimiz odur ki. Ukrayna xalqı öz gələcəyini müstəqilə şəkildə müəyyən etsin və Suriya xalqı bombaların düşmədiyi, qadın və uşaqların öldürülmədiyi şəraitdə qərar qəbul edə bilsin”-deyə cənab Obama bəyan edib.

Cənab Obama Ukrayna hökuməti və nümayişçilər arasında barışığa dair razılığa ehtiyatlı münasibət bildirib, lakin Ukraynanın milli birlik hökumətinin yaradılması və ədalətli və azad seçkilərin keçirilməsi istiqamətində hərəkət etməli olduğunu deyib. “İndi barışıq yəqin ki qüvvədə qalacaq, ancaq hökumət Ukrayna xalqının öz istəyini bu gün küçələrdə gördüyümüz qarışıqlıq olmadan ifadə etməsi üçün ədalətli və azad seçkilərin keçirilməsinə imkan verəcək müvəqqəti də olsa milli birlik hökumətinə keçidin təmin edilməsinə görə məsuliyyət daşıyır”-deyə prezident Obama bildirib.

ABŞ prezidenti Kiyevdə 26 nəfərin ölümülə nəticələnmiş zorakılıqları qınayıb.

Kiyevdə yeni toqquşmalarda daha 22 nəfərin həlak olduğu haqda məlumat verilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG