Accessibility links

Obama: ABŞ Rusiyanın Ukraynada təcavüzü genişləşdirə bilməsindən narahatdır



ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Rusiyanın Krımın işğalından sonra Ukraynada təcavüzü genişləndirə bilməsindən narahat olduğunu bildirib.

Haaqada Niderlandın Baş naziri mark Rutte ilə birgə mətbuat konfransında danışan cənab Obama Rusiyanın Ukraynada təcavüzü genişləndirə bilməsindən narahatlığını bildirib, lakin bunun Rusiya tərəf üçün pis seçim olacağını və ABŞ və onun Avropa müttəfiqlərinin lazım olsa, Rusiyaya qarşı əlavə sanksiyalar planlaşdırdığını deyib.

ABŞ prezidenti Krım yarımadasının Rusiya hərbi qüvvələrinin nəzarətində olduğunu, lakin Krımın ilhaqının beynəlxalq ictimiayyət tərəfindən tanınmadığını bildirib.

Cənab Obama Rusiyanın iddialarının əksinə olaraq, Ukraynanın şərqində rusdilli əhalinin heç bir təhlükə ilə qarşılaşmadığını və Rusiya tərəfdən təhrikçilərin Ukraynada qarışıqlıq yaratmağa səy göstərdiyinə dair dəlilin olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG