Accessibility links

Prezident Obama blüz oxudu (VİDEO)


Prezident Obama blüz oxudu (VİDEO)
Prezident Obama blüz oxudu (VİDEO)

ABŞ prezidenti Barak Obama Ağ Evdə çərşənbə axşamı günü keçirilən konsertdə öz musiqi qabiliyyətlərini nümayiş etdirib.

Prezident Obama uzun illər yaşadığı və çalışdığı Çikaqo şəhərinə həsr edilmiş məşhur "Sweet Home Chikago" mahnısını əfsanəfi BB Kinqlə birlikdə ifa edib. Obama-BB Kinq dueti ABŞ prezidenti və onun xanımı Mişel Obamanın ev sahibliyi etdiyi Amerika musiqi sənətinə həsr edilmiş xüsusi gecənin sonunda səslənib.

“Qaradərili amerikalıların tarixini qeyd etdiyimiz bu ay blüz musiqisi bizə çətin günlərdən keçdiyimizi xatırladır. Mən burada bu gözəl sənətçiləri həm onların pərəstişkarı, həm də prezident kimi salamlamaqdan qürur duyuram”-deyə prezident Obama bildirib.

Konsertdə blüz musiqisi ustaı Baddi Qay (Buddy Guy) və Rolling Stones ansamblının solo ifaçısı Mik Caqqer (Mikck Jagger) də iştirak ediblər.

Ağ Evdəki konsert ABŞ-da hər il qaradərili amerikalıların tarixinin qeyd edildiyi fevral ayında keçirilən müxtəlif tədbirlərdən biridir.

XS
SM
MD
LG