Accessibility links

WSJ: Obama və Xameneyi arasında məktub yazışması olub


Wall Street Journal
Wall Street Journal

The Wall Street Journal qəzetinin bildirdiyinə görə, İranın Ali dini rəhbəri və ABŞ prezidenti iki ölkə nüvə proqramına dair razılıq əldə etməyə çalışdığı bir vaxt məktub vasitəsilə yazışma aparıb.

Qəzetdə dərc edilmiş məqaləyə əsasən, Ayətullah Xamenei ABŞ prezidenti Barak Obamadan tərəfindən gələn təşəbbüslərə cavab verib.

Cənab Xameneyi ABŞ liderinin ona oktyabr ayında göndərdiyi məktuba bu yaxınlarda göndərdiyi məktubda nüvə proqramına dair razılığın əldə edildiyi halda, ABŞ və İran arsında İslam Dövləti qrupuna qarşı mübariəzədə əməkdaşlığın mümkünlüyü məsələsini qaldırıb.

Adının açıqlanmadığı İran diplomatı The Wall Street Journal qəzetinə ali dini rəhbərin cənab Obamaya ehtiramla cavab verdiyini, lakin bununla heç bir təəhhüd götürülmədiyini deyib.

Qəzetin yazdığına əsasən, cənab Xameneyinin cənab Obamaya bundan əvvəl məktub göndərməsi haqda da məlumatlar verilib. Ağ Evdə anonim mənbə 2009-cu ildə İran liderindən belə bir məktubun olduğunu təsdiq edib.

Nə Ağ Ev, nə də İran hökuməti iki lider arasında yazışma haqda məlumatları hələlik təsdiq etməyib.

XS
SM
MD
LG