Accessibility links

Obama xarici siyasət kursunu müdafiə edir


Obama xarici siyasətini müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Obama xarici siyasətini müdafiə edir

ABŞ prezidenti Barak Obama Amerika əsgərlərinin Əfqanıstandan bu ilin sonuna qədər çıxarılması prosesinin yaxınlaşdığı vaxt Birləşmiş Ştatların gələcək xarici siyasət kursunun əsas istiqamətlərini açıqlayıb.

Prezident Obama hərbi akademiyada çıxışında zəif kimi tənqid edilən xarici siyasətini müdafiə edib: “Əgər mən dünyanın hansı yerindəsə bir prolemin həll edilməli olduğunu fikirləşdiyim üçün, ya da Amerikanın zəif görünməməsi üçün hərbi müdaxiləyə yeganə yol kimi baxan tənqidçilərə görə narahat olduğum üçün sizi təhlükəli yerə göndərsəydim, mən sizin və sevdiyimiz ölkəmiz qarşısında vəzifəmə xəyanət etmiş olardım”.

ABŞ prezidenti hərbi akademiyanın bu ilki məzunlarına deyib ki, onlar son dövrdə ilk dəfə olaraq İraq və Əfqanıstanda müharibələrə göndərilməyəcək. Bu müharibələr amerikalıların çoxunun ABŞ-ın xarici ölkələrdə gələcəkdə də münaqişələrə cəlb olunacağı ilə bağlı narahatlığına səbəb olub.

Eyni zamanda, cənab Obama üç ildir vətəndaş müharibəsinin getdiyi Suriyada və ABŞ-ın sanksiyalarına baxmayarq Rusiyanın Krımı ilhaq etdiyi Ukraynada hərbi müdaxiləyə başlamadığına görə tənqid edilir.

Prezidentin Suriya və Ukraynaya müdaxilə etməməsi Amerika ictimai rəyinə uyğun olsa da, bununla bağlı suallar qaldırılır.

Brukinqs institutunda təhlilçi Maykl Ohanlon: “Məsələ burasındadır ki, bu addımların hər biri ayrı-ayırlıqda nəzərdən keçirilir və ümumi mənzərə əlavə edilir və onda işin zəif tərəfləri görünməyə başalyır. Sonra isə xarici ölkə liderləri sizin bundan artıq iş görmək istəmədiyinizi başa düşür və onlar imkan üçün variant axtarmağa başlayır. Putinin Krımda nə üçün belə aqressiv davranmasının izahı belə verilir.”

Prezident Obama Birləşmiş Ştatların özünü müdafiə üçün icazə almalı olmadığını deyib və mülki tələfatlara yol verməməyə çalışaraq, terrorçulara qarşı pilotsuz təyyarələrdən hücumları davam etdirəcəyini əlavə edib.

ABŞ prezidenti Afrika, Asiya və Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə yardım və Suriyada müxalifət qruplarına dəstək məqsədilə milyardlarla dollar ayrılmasını təklif edib.

Prezident Obamanın sözlərinə görə, Amerikanı güclü edən xarici yardım, diplomatiya və inkişafdır.
XS
SM
MD
LG