Accessibility links

Obamanın xarici siyasət kursu davam etdiriləcəkmi?


Obamanın xarici siyasət kursu davam etdiriləcəkmi?
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Obamanın mirasının Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil

Barak Obamanın Ağ Evi tərk etməyə hazırlaşdığı bir vaxt həm onun tənqidçiləri, həm də tərəfdarları xarici siyasətin qarışıq olduğunu deyir. Üsama Bin Ladenin məhv edilməsi, Yaxın Şərq də daxil edilməklə, dünyanın bir sıra bölgəsindəki zorakılıqlar. Ekspertlər hesab edir ki, Obamanın mirasının Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil.

Prezident Barak Obama Suriya böhranının həlli kimi olduqca mürəkkəb suallarla qarşılaşıb. Dekabr ayında keçirilən mətbuat konfransındakı kimi:

“İllərdir biz Suriyanın vətəndaş müharibəsinə, insan iztirabına son qoyulmasına çalışırıq. Bu, mənim bir prezident kimi üzləşdiyim ən mürəkkəb məsələdir. Vəhşiliklərin, qan axıdılmasının məsuliyyətini Əsəd rejimi və onun Rusiya və İran kimi müttəfiqləri daşıyır.”

Obama seçkiqabağı kampaniyalarında söz verdiyi kimi ABŞ qüvvələrinin Əfqanıstan və İraqda döyüş missiyasına son qoymağa nail olub.

Ekspert Brayan Katulis Buş administrasiyasının miras qoyduğu bu missiya son qoyulmasını təqdirəlayiq hesab edir.

“Dünya təlatüm içərisində idi. Əfqanıstan və İraqda müharibələrin sonu görünmədiyi bir halda o, ABŞ-ın regiondakı hərbi mövcudluğu və əməliyyatlarını azalda bildi.”

Digər ekspert Cemys Karafano isə Obamanın dünyanı təhlükə içərisində qoyub getdiyini deyərək, bununla razılaşmır.

“Amerikanın dünyadan uzaqlaşması, laqeydliyi və öhdəliklərinə əməl etməməsi narahatlıq doğurub. Bunu Yaxın Şərqdən, Avropadan, hətta Asiyadan eşidirik.”

Prezident Obama və Donald Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, İranla nüvə razılığı, Çinlə münasibətlər, habelə Quantanamo məhbəsinin bağlanması da daxil edilməklə, bir sıra xarici siyasət məsələlərində fərqli firkirlərə malikdir. Obama xələfinə məsləhətlə müraciət edib.

"Növbəti prezidentə xarici siyasətdə məsləhətim budur- siyasət sistematik və məqsədyönlü şəkildə yürüdülməlidir. Prezidentin komandası onu keçmişdə görülən işlər və illərin təcrübəsi ilə əldə edilən potensial məqamlar barədə məlumatlandırmalıdır.”

Lakin Trampın yanvar ayının 20-dən sonra dünya liderləri ilə ilk görüşlərində öz kursunu tutacağı görünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG