Accessibility links

Obama yenidən Çini tənqid edib


Obama
Obama
Bir həftəlik Asiya səfərini başa vuran ABŞ prezidenti Barak Obama Çinin xarici siyasətini bir daha tənqid edib.

Paytaxt Manilanı tərk etməmişdən əvvəl ABŞ və Filippin əsgərləri qarşısında çıxış edən prezident Obama administrasiyasının Çinin su sərhədlərinə dair mövqeyini bir daha təkrar edib.

Ancaq ABŞ prezidenti çıxışı zamanı Çinin birbaşa adını çəkməyib. Bundan bir gün əvvəl isə Vaşinqtonla Manila arasında Filippində ABŞ hərbi qüvvələrinin artırılmasına dair müdafiə sazişi imzalanıb.

Cənab Obama deyib ki, ABŞ-ın Filippini müdafiə etmək öhdəliyinə sadiqliyi "polad kimi əyilməzdir". O, bunu deyərkən 1951-ci ildə iki ölkə arasında imzalanmış bir-birini müdafiə sazişinə istinad edib.
XS
SM
MD
LG