Accessibility links

Obama: Konqres mane olsa, özüm hərəkət edəcəm


ABŞ prezidenti Barak Obama Konqresdə respublikaçıların onun iqtisadi proqramının qarşısını almağa davam etdiyi müddətdə özünün hərəkətə keçəcəyini deyib.

Amerika xalqına həftəlik müraciətində cənab Obama bildirib ki, yeni işlərinin açılması, işçilərin maaşlarının artırılması və tələbələrin təhsil haqqını ödəyə bilməsinə kömək etmək üçün onun özü tərəfindən artıq addımlar atılıb.

ABŞ prezidenti deyib ki, respublikaçılar yüksək gəliri olan təbəqənin maraqlarını qorumaq deyil, hamının bəhrələnəcəyi iqtisadi artımın təmin edilməsində maraqlı olsa, ölkənin tərəqqisi üçün daha çox işlər görmək mümkün ola bilər.

Respublikaçıların adından xalqa müraciət edən Luiziana konqresmeni Bill Kassidi ABŞ-da enerji, istehsal və inşaat sahələrinin genişləndirilməsi, o cümlədən iş yerlərinin açılması üçün Kistoun neft kəmərinin inşasına çağırıb.

XS
SM
MD
LG