Accessibility links

Prezident Obama 24 aprel münasibətilə bəyanat verib


Prezident Obama 24 aprel münasibətilə bəyanat verib
Prezident Obama 24 aprel münasibətilə bəyanat verib

ABŞ prezidenti “Erməni Təhciri” qərarının qurbanlarının xatirəsini yada salmaq üçün verdiyi bəyanatında 95 il əvvəl baş verən hadisələri 20-ci əsrin ən dəhşətli qırğınlarından biri adlandırsa da keçən ilki kimi bu il də genosid əvəzinə ermənilərin “Meds Yeghern” sözünü işlədib. O həmin hadisələr zamanı erməniləri xilas edən türkləri də salamladığını bildirib.

ABŞ prezidenti Barak Obama 1915-ci il və həmin tarixdən sonra Anadoluda həyatını itirən ermənilərin xatirə günü kimi qeyd edilən 24 aprel münasibətilə verdiyi bəyanatında deyib ki, “ biz bu kədərli anım günündə dayanaraq 95 il əvvəl 20-ci əsrin ən dəhşətli qırğınlarından birinin başlamasını yada salırıq. Osmanlı İmperiyasının sonlarına təsadüf edən tarixin həmin qaranlıq dövründə bir milyon yarım erməni ya qətlə yetirilib ya da ölüm yürüşünə göndərilib. ”

Prezident Obama deyib ki, bu gündə həmin dəhşətli hadisələr yada salınmalı və onlardan nəticə çıxardılmalıdır. O, 1915-ci ildə nələrin baş verdiyi barədə öz fikirlərinin dəyişmədiyini də təkrar edib. Keçən ilki kimi bu il də genosid sözünü işlətməkdən imtina edən ABŞ prezidenti bunun əvəzində həmin gün üçün ermənilərin öz dillərində işlətdikləri və böyük faciə mənasına gələn “Meds Yeghern” sözündən istifadə edib. O bu hadisənin erməni xalqının tarixində faciəvi bir yeri olduğunu, keçmişin fəlakətli səhflərinin təkrar olunmaması üçün və qətlə yetirilənləri yadda saxlamaq məqsədilə bu hadisələrin yaddaşlarda qalmasının zəruriyyətini qeyd edib.

Prezident Obama 24 aprel bəyanatında 1915-ci il hadisələri zamanı erməniləri xilas edən türkləri də salamladığını tarixin həmin ağrılı dövrü ilə əlaqədar türklərlə ermənilər və Türkiyənin daxilində başlayan dialoqun onu cəsarətləndirdiyini bildirib.

XS
SM
MD
LG