Accessibility links

Obama silahlara nəzarətin gücləndirilməsinə dair yeni ölçüləri açıqlayıb


ABŞ prezidenti Barak Obama odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması üçün Konqresi ötərək silahlara nəzarətin gücləndirilməsinə dair bir sıra yeni ölçüləri açıqlayıb. Məsələ ilə bağlı Amerika ictimaiyyətində ciddi fikir ayrılıqları mövcuddur.

Ağ Evdə yeni siyasətlə bağlı bəyanat verən Obama qanunvericiləri son zamanlar kütləvi atışmalara baxmayaraq, silahlara nəzarətə dair ölçülər götürmədiklərinə görə tənqid edib.

Silahlı zorakılıqların şahidi olan insanlarla əhatə olmuş Obama deyib: "Biz Yer kürəsində kütləvi zorakılıqların bu şəkildə sürətlə artdığını müşahidə edən yeganə inkişaf etmiş ölkəyik."

"İnsanlar ölür və fəaliyyətsizliyə görə daim gətirilən bəhanələr artıq kifayət deyil. Biz bu gün buna görə buradayıq: keçən ay baş vermiş atışmanı müzakirə etmək üçün deyil, bundan sonrakının qarşısını almaq üçün"-deyə örezident Obama sözünə davam edib.

İcraedici hakimiyyətin tətbiq edəcəyi ölçülər daha çox silah satıcısının lisenziya almasını, silah alıcıları haqda isə daha geniş informasiyanın əldə edilməsini nəzərdə tutur. Buraya eyni zamanda, hazırda qüvvədə olan silah qanunlarının ciddiləşdirilməsi, psixi xəstəliklərin müalicəsi proqramlarını gücləndirilməsi və silahlara nəzarətə dair texnologiyalarla bağlı tədqiqatların genişləndirilməsi daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG