Accessibility links

Obamalar ötən il 162 min dollar məbləğində vergi ödəyib


ABŞ prezidenti və birinci xanım ötən il 162 min dollar məbləğində vergi ödəyib. Bu, birinci ailənin 790 min dollarlıq illik gəlirinin 20.5 faizi deməkdir.

Ağ Evin Barak Obamanın vergi qayıdışını açıqlaması vergi faizləri ilə bağlı debatların ABŞ prezident yarışlarında əsas məsələ olması ilə bağlıdır.

ABŞ dövlət başçısının maaşı 400 min dollar təşkil edir. Qalan gəlir isə onun kitablarının satışından əldə edilib. Prezident ötən il gəlirinin 172 minini 39 müxtəlif xeyriyyəçiliyə sərf edib.

Prezident Obama və vitse-prezident Co Bayden milyonçuların vergi faizlərinin minimum 30 faiz olmasına çağırır. Bu plan azı 1 milyon gəlir əldə edənlərin vergilərini artıra bilər.

“Baffet qanunu” adlandırılan bu plan milyarder Vorren Baffetin adını daşıyır. O, katibəsindən daha az vergi ödəməsinin ədalətsizlik olduğunu deyir.

Prezidentin republikaçı rəqibi multi-milyonçu Mitt Romni 2010-cu ildə gəlirindən 13.9 faiz vergi ödəmişdi.

XS
SM
MD
LG