İran şahının kiçik oğlu Əli Rza Pəhləvi bu gün Boston şəhərində yaşadığı evində intihar edib.
Onun böyük qardaşının veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, İranda vəziyyətlə əlaqədar güclü stress keçirən Əli Rza Pəhləvi atası və gənc yaşlarında bacısını itirəndən sonra özünə gələ bilməmiş və həyatına son qoymuşdur. Onun 44 yaşı var idi.
İran şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə islam inqilabından sonra hakimiyyətdən devrilmişdi. O, 1980-ci ildə sürgündə yaşadığı Qahirədə vəfat etmişdir.