Accessibility links

Odero Lal məbədi: Dinlərarası sülh nümunəsi


Odero Lal məbədi: Dinlərarası sülh nümunəsi
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Pakistan terrorçularının ötən il Sind vilayətindəki dini mərkəzə hücumu zamanı 80-dəm çox insan həlak olmuşdu. İndi müxtəlif dinləri təmsil edən bir qrup insan həm, hindular, həm də müsəlmanlaırn dini mərkəzlərinin müdafiəsinə qalxıb.

Pakistan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bu ölkədə minlərlə məscid var. Lakin hindu məbədləri və xristian kilsələrinin sayı çox deyil.

Sind vilayətində bir əsrdən çox yaşı olan məbəd istisna təşkil edir. Belə ki, burada hər iki dinin nümayəndələri birlikdə dua edir.

“Buraya yapışıq müsəlman məscidi və hindu məbədi var. Müsəlman dini əvvəlcə başqasının sonra isə öz dinini müdafiə etməyi öyrədir. Biz buna uyğun dindarlıq edirik. Burada heç bir problem və ya narahatlıq yoxdur” -deyə, imam Məhəmməd İbrahim bildirib.

Müsəlmanlar və hinduların ibarət etdiyi Odero Lal məbədində onlar öz inanclarına əsasəsn Lalaın həyat yolunu izah edir. Bu, onların ibadətinə mane olmur.

“Hindular və müsəlmanlar şikayət etmir. Qardaş kimidirlər. Sufi müqəddəsləri bizə qardaşlığı öyrədib. Müsəlmanlar azana hinduların dini mahnısından sonra başlayır. Hər ikisinə hörmət edirik” – deyə, Bhore çand İsrani bildirib.

Odero Lalı ziyarət edən zəvvarlar buradakı tolerantlığı heç bir yerdə görmədiklərini deyir

“Ölkənin və ya dünyanın hansı bölgəsinə getsəniz, ibadət yerlərində fərdi müharibələr görəcəksiniz. Burada isə bu yoxdur. Onlar öz ibadətini, biz isə özümüzünkünü edirik” – deyə, ziyarətçi Amar Xan deyib.

Hindu məbədlərinə Pakistanın bir neçə şəhərində rast gəlmək olar. Onlar dəfələrlə hücumlara məruz qalıb. Lakin Odero Lal məbədi bir çox anlamda mühafizə edilib.

“Biz məbədlərə ziyan vurulması, insanların incidilməsini istəmirik. Biz əvvəlcə onları, sonra özümüzü müdafiə edirik. İslamın müqəddəs Eid bayramı və digər mərasimlərdə müsəlman liderlər bərabərlik və tolerantlığı təbliğ edir” - deyə, imam Məhəmməd İbrahim bildirib

Məbədin mühafizəçiləri dini harmoniyanı qorumağa və hökumətin məbədin yaxşılaşdırılmasına yardım etməsinə çalışır.

Ziyarətçilər isə Odero Lal məbədini müxtəlif dinlərarası sülh nümunəsi adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Mariupoldakı son qoşunlarını təxliyə etməyə çalışır
please wait

No media source currently available

0:00 0:09:45 0:00
XS
SM
MD
LG