İraqda olduğu güman edilən Mahmud Rəsulovun anası Kütahi Rəsulova Amerikanın Səsinə müsahibəsində oğlunun İraqa getməsinin səbəblərindən danışıb, vətənə qayıtması üçün ona müraciət edib.
Amerikanın Səsi: Oğlunuz Mahmudun İŞİD-in tərkibində döyüşməsi ilə bağlı hansı məlumatlarınız var? Siz Şəki rayonunda yaşayırsınız, oğlunuz ailəsi ilə əlaqə saxlayırmı?
Kütahi Rəsulova: Xeyr, heç bir əlaqəsi yoxdur. Ailəmizə daxili işlər, təhlükəsizlikdən (Daxili İşlər və Təlükəsizlik nazirlikləri nəzərdə tutulur-red) məktub gəlib.
Amerikanın Səsi: Məktublarda nə yazılıb?
Hal-hazırda oğlunuz Mahmud Rəsulovun harada olması barədə istintaqda heç bir məlumat yoxdur.
Kütahi Rəsulova: Məktubda yazılıb ki, sizin övladınız Rəsulov Mahmud Mehman oğlunun 31 dekabr 2014-cü il tarixində itkin düşməsi ilə əlaqədar onun tapılması barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığınız 9 may 2015-ci il tarixli məktubunuzun araşdırlmasına İstintaq Baş İdarəsində başlanıb. Məlumat üçün bildiririk ki, iş üzrə təqsirləndirilən şəxs Tahirov Mübariz Əmən oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərib ki, övladınız Mahmud Rəsulovla birlikdə Suriya və İraq Respublikasının ərazisində gedən silahlı münaqişələrdə iştirak etmək üçün İraq Şam İslam Dövləti-İŞİD adlı silahlı birləşmənin tərkibinə daxil olmaq məqsədi ilə 30 dekabr 2014-cü il tarixdə Gürcüstan Respublikasının sərhədini keçərək Türkiyə Respublikasının ərazisinə getmiş və oradan qanunsuz yolla Suriya Ərəb Respublikasına, daha sonra isə İraq Respublikasına getmişlər. Hal-hazırda oğlunuz Mahmud Rəsulovun harada olması barədə istintaqda heç bir məlumat yoxdur.
Amerikanın Səsi: Oğlunuzu bu yola çəkənlər kimlər olub? Oğlunuz sizinlə birgə yaşayırdı?
Kütahi Rəsulova: Bəli bizimlə, ata-anası ilə birgə yaşayırdı.
Amerikanın Səsi: Necə olub ki, oğlunuz bu yola düşüb, xarici ölkəyə gedib?
Hara edibdi, o edib mənim uşağımı.
Kütahi Rəsulova: Bilmirəm onu. Tahirov Mübariz Əmən oğlu (o məhkəmənin hökmü ilə məhkum edilib-red) mənim uşağımı harada görüb, nə təhər görüb, nə təhər apardı, o apardı. Hara edibdi, o edib mənim uşağımı.
Amerikanın Səsi: Oğlunuzun bundan qabaq, getməmişdən qabaq radikal dini qruplarla əlaqəsi vardımı?
300 manat o oğlana verirdilər, 320 manat da mənim oğluma verirdilər.
Kütahi Rəsulova: Xeyr, heç vaxt olmayıb. Ağıllı, tərbiyəli idi.Xəstə idi, beyin təzyiqi var idi, iynə-dərmanla böyütdüyüm uşaqdır. İş yerinə getdim müdir, prorab (iş icraçısı-red) hamısı başıma yığıldı, dedilər ki, ana oğlunuz tərbiyəli, qanacaqlı uşaqdır, yazığımız gəlib iş vermişik. Amma, o oğlandan (Mübariz Tahirovu nəzərdə tutur-red) qəti xoşumuz gəlmədi. 300 manat o oğlana verirdilər, 320 manat da mənim oğluma verirdilər. Sonra Tahir Əmən oğlunu işdən qovublar.
Amerikanın Səsi: Bəs oğlunuz hansı səbəbdən bu yola düşüb? Bunun səbəbi nədir – kasıblıqdır, radikal dini qruplara qoşulmaqdır, yoxsa onun müharibədə iştirakla bağlı bir fantaziyası var idi?
Kütahi Rəsulova: Yox, yox bilmirəm, heç vaxt, heç vaxt. Ağıllı, tərbiyəli balam olubdur. Heç vaxt. Qonşular onun başına and içib. Dönüb bir kəsə baxmayıb.
Amerikanın Səsi: Bəs uşaqlıqdan arzuları nə idi, gənclik arzuları nə idi oğlunuzun?
Kütahi Rəsulova: Heç vaxt, heç nə istəməyib.
Amerikanın Səsi: Oğlunuza, yəni İŞİD-in tərkibində döyüşən, İraqda, Suriyada olan Azərbaycan vətəndaşlarına sözünüz varmı?
Kütahi Rəsulova: Oğluma müraciət edirəm. Mahmud gəl öz vətəninə, xəstə anan var. Gəl atanla, ananla birgə yaşayaq.