Accessibility links

Trampın oğlu Klintonla bağlı məlumat almaq üçün rusiyalı vəkillə görüşüb


ABŞ prezidenti Donald Trampın böyük oğlu bildirib ki, atasının respublikaçı namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə Kremllə əlaqəsi olan vəkillə görüşüb.

Oğul Donald Tramp 2016-cı ilin iyun ayında Demokrat Partiyasından prezidentliyə namizədi Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Ceyrd Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib.

Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub.

The Times-ın bildirdiyinə görə, prezidentin oğlu ilk öncə Natalya Veselnitskaya ilə görüşündə Hillari Klintona zərər verə biləcək siyasi məlumatlar barədə heç nə deməyib.

Lakin, o, bazar günü verdiyi bəyanatda rusiyalı vəkilin yığıncaqda zərərli məlumatlar verəcəyini təxmin etdiyini təsdiqləyib.

Gənc Trampın qəzetə verdiyi məlumata görə, qısa müddətdən sonra Veselnitskayada dəyərli məlumat olmadığı bəlli olub.

ABŞ mətbuatı onu da əlavə edir ki, Veselnitskaya Rusiya insan hüquqları ittihamçılarına qarşı tətbiq olunan sanksiyaların qarşısını almaq cəhdləri ilə tanınır.

Xüsusi Ədliyyə İdarəsinin prokuroru Robert Müller və bir neçə konqres komitəsi hazırda Trump kampaniyası ilə Kreml arasında 2016 ABŞ prezident seçkilərinin nəticələrinə müdaxilə ilə bağlı araşdırmalar aparırlar.

Prezident Tramp dəfələrlə Rusiya ilə əlaqəsi olduğunu inkar edib. Rəsmi Moskva da öz növbəsində seçkilərə müdaxilə etmədiyini bəyan edib.

XS
SM
MD
LG