Accessibility links

İran rəsmiləri 5 yaşlı Oğuza nəhayət şəxsiyyət vəsiqəsi verib


Oğuz Feyzullahnejad
Oğuz Feyzullahnejad

Makı şəhərində yaşayan Feyzullahnejad ailəsi oğluna türk adı qoyduğu üçün 5 ildir şəxsiyyət vəsiqəsi ala bilmirdi

Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində yaşayan Feyzullahnejad ailəsi 5 il boyunca göstərdiyi səy və israra baxmayaraq bir müddət öncəyə qədər İran dövlət qurumundan Oğuz Kaan adlı oğluna şəxsiyyət vəsiqəsi ala bilməmişdi.

Sosial şəbəkələrdə yayılan məlumat və şəxsiyyət vəsiqəsinin təsvirinə istinadən, 5 yaşlı uşağa bu yaxınlarda “Oğuz Kaan” deyil, təkcə “Oğuz” adı ilə bir şəxsiyyət vəsiqəsi verilib.

İranın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Makı şöbəsi 2011-ci ildə türkcə Oğuz Kaan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra uşağın atası Sadıq Feyzullahnejad məhkəməyə müraciət edərək idarədən şikayət etmişdi. Amma məhkəmənin çıxardığı hökmdə də dövlət qurumunun mövqeyi təsdiq olunmuşdu.

Şəxsiyyət vəsiqəsinin təsviri
Şəxsiyyət vəsiqəsinin təsviri

Makı şəhəri ümumi məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan hökmdə “seçilən adın İslam və şəriət mədəniyyətinin qəbul etdiyi adlar daxilində olmadığına və əsl İslam toplumunun mədəniyyətinə zidd olduğuna” dair rəy verilmişdi.

“Oğuz Feyzullahnejad” adına çıxarılmış şəxsiyyət vəsiqəsinin surəti bu günlərdə İranda geniş istifadə edilən ani mesajlaşma sistemi Telegram kanallarında paylaşılmaqdadır. İstifadəçilər təsviri “5 illik mücadilə nəticəsində türkcə Oğuz adına şəxsiyyət vəsiqəsi verildi!” açıqlaması ilə bərabər paylaşırlar.

Son bir neçə ildə İranda uşaqlarına seçdiyi türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bəzi ailələr durumu sosial şəbəkələr və mətbuatla paylaşmağa başlayıb.

XS
SM
MD
LG