Accessibility links

Oğuz Türk: İran hakimiyyəti anti-türk siyasətini artıq daha açıq və daha şiddətli yürüdür


Siyasi şərhçi Oğuz Türk Amerikanın Səsi ilə söhbətdə deyir ki, son vaxtlar İran hakimiyyəti anti-türk və anti-Azərbaycan tendensiyalarını həm daxildə, həm də xarici siyasətində daha açıq və daha kəskin şəkildə göstərməyə başlayıb.

O, İran Azərbaycanı və Tehranda türk fəallara qarşı basqıların artmasını, həmçinin İranın Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu “Arazı Ayırdılar” şeirinə sərt təpkisini həmin siyasətin nəticələri olaraq dəyərləndirir.

Türkiyədə İranın yüzdə qırxı türkdür deyən adamlar, indi gəlir normal bir şeirə belə təpki göstərir. Anti-türk və anti-Azərbaycan siyasətini dövlət səviyyəsində gündəmə gətirir.


Oğuz Türkün dediklərinə görə, “Basqıların şiddəti də çoxalıb, açıqlığı da. Yəni artıq İran dövləti Azərbaycan düşmanlığını və Türk düşmanlığını əsla gizlətmir. Bu məsələ artıq yeni bir mərhələ və səviyyəyə çıxıb.”

Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarda yüzlərlə vətəndaşın saxlanılmasına diqqət çəkən siyasi fəal bu miqyasda həbslərin keçmişdə çox az göründüyünü vurğulayır.

“Toplaşmaq, rəhbəri təhqir etmək, bəlli qruplara üzv olmaq və ya bu məmləkətə o məmləktə casusluq etməkdə günahlandırırlar. Həbs müddətini çoxaldıblar. Sürgünlər, işgəncələr, adamları küçədən oğurlayırlar, bir ay, iki ay ailələrinin xəbəri olmur. Mülki zəmanət ki, məsələn biri evini qoyurdu [müvəqqəti azadlıq üçün], indi ona da razı olmurlar. Mülki zəmanət məbləğini çoxaldıblar,” o söyləyir.

Oğuz Türkün bu durumun Türkiyə və Azərbaycan Respulikasındakı yeniliklər ilə də əlaqədar olduğunu önə çəkir:

“Azərbaycan Cümhuriyyətinin geopolitik gücünün daha çoxalması və Türkiyənin üzünün bir şəkildə Güney Azərbaycana tərəf dönməsi və onu görməsi və hətta bəzən bunu dilə gətirməsi [bu durumun ortaya çıxmasına] səbəb olub.”

Siyasi fəal əlavə edir, “İranın Xarici İşlər Naziri və digər rəsmiləri Türkiyəyə gedib bəzən yaltaqlıq da edərdilər ki, ‘İranın yüzdə qırxı türkdür. Hamı türkcə bilir.’ Amma indi elə deyil. İndi Türkiyə dövlətinin bölgədəki gücü keçən illərə görə fərq edir. Bununla birlikdə Azərbaycanın da durumunun daha yaxşılaşması səbəb oldu ki, bunlar öz içindəkiləri daha açıqca göstərirlər. Yəni, Türkiyədə İranın yüzdə qırxı türkdür deyən adamlar, indi gəlir normal bir şeirə belə təpki göstərirlər. Anti-türk və anti-Azərbaycan siyasətini dövlət səviyyəsində gündəmə gətirir.”

Oğuz Türk bu sözlərlə, 2011-ci ilin yanvar ayında İranın sabiq Xarici İşlər Naziri Əli Əkbər Salehinin Ankarada bir jurnalistin sualına cavab olaraq dilə gətirdiyi bu ifadələrinə diqqət çəkir: “İranlıların 40 faizi türkcə danışır. Bu Türkiyə və İran arasında böyük bir əlaqədir.”

Siyasi şərhçi müsahibədə həmçinin İran Azərbaycanında siyasi məhbusları müdafiə fəaliyyəti ilə bağlı öz fikirlərini ifadə edib.

“İran dövləti müxalifləri ilə Quzey Koreya, Çin və ya Sovetlərdə olduğu kimi davranır. Birisi tutulanda onun ailəsinə də təsir edir. Onlar da problem yaşayır. Yəni hətta birinin evini mülki zəmanət olaraq girov götürür. Yəni, həyatını girov götürür. İşində də önə gedə bilmir. Niyə belə edirlər? İstəyirlər, ailəsi qoymasın ki, o fərd Azərbaycanın və türkün milli haqlarından danışsın” - deyə, Oğuz Türk əlavə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG