Accessibility links

ABŞ prezidentliyinə Respublikaçı namizədlər seçkiqabağı kampaniyalara debatlarla start verib


ABŞ prezidentliyinə 10 Respublikaçı namizəd 2016-cı il seçkiqabağı kampaniyalara Ohayo ştatının Klevlend şəhərində keçirilən debatlarla rəsmən start verib.

Donald Tramp
Donald Tramp

Milyarder Donald Tramp büdrəməyəcəyinəvə bütün hücumlara cavab verəcəyinə and içib. Onun dedikləri bəzi Respublikaçılarda Trampın öz partiyasına sədaqətinə dair şübhə yaradıb. Belə ki, o, Respublikaçılar Partiyasından prezidentliyə yeganə namizədi dəstəkləyəcəyi sualını cavabsız qoyub. "İndi heç bir vəd verə bilmərəm," deyə Tramp bildirib.

Namizədin çıxışı Kentuki senatoru Rand Polun kəskin cavabı ilə qarşılanıb. Pol deyib ki, o, siyasətçiləri pulla satın aldığı üçün artıq indidən özünü sığortalayır.

Tramp qadınları “it”, “kök donuzlar” və “pinti” adlandırmasına görə üzr istəməkdən imtina edib. O ölkənin əsas probleminin politkorrektlik olduğunu və onun buna vaxtı olmadığını bildirib.

Ceb Buş, Ben Karson, Kris Kristi, Ted Kruz, Mayk Hakkabi, Con Kasiç, Rand Pol, Marko Rubio, Donald Tramp və Skott Uolker
Ceb Buş, Ben Karson, Kris Kristi, Ted Kruz, Mayk Hakkabi, Con Kasiç, Rand Pol, Marko Rubio, Donald Tramp və Skott Uolker

Tramp Meksikadan gələn qeyri-qanuni mühacirlər haqda “kriminallar” və “zorakılar” kimi daha əvvəl verdiyi bəyanatları müdafiə edib.

Debat iştirakçılarının bəziləri Obama administrasiyasının İranla nüvə razılığı əldə etməsi və İslam Dövləti ilə mübarizə səylərini tənqid edib.

Viskonsin ştatının qubernatoru Skott Uolker vəzifəyə gəldiyi ilk gün razılığı ləğv edəcəyinə vəd verib.

Ceb Buş
Ceb Buş

Arkanzas ştatının sabiq qubernatoru Mayk Hakkabi prezident Obamanın nüvə razılığına Ronald Reyqan tövsiyə dediyi kimi “inan, amma yoxla” deyil, "inan və qarala" mövqeyindən yanaşdığını deyib, və prezidenti anlaşmanın Respublikaçı opponentlərinə qara yaxmaqda ittiham edib.

Respublikaçı namizədlər arasında hələ ki, Trampdan sonra ən çox dəstəyə malik olan Floridanın sabiq qurbernatoru Ceb Buşdur. Debat ərzində o, Floridada qubernator olduğu zaman əldə etdiyi nailiyyətləri vurğulamış və prezident olaağı təqdirdə mühafizəkar siyasi xəttə sadiq qalacğını bəyan etmişdir. Atası və qardaşının prezident olması fonunda Buşların sülaləçiliyə meyli haqda sualı cavablandıran Ceb Buş, "Mən özümü təmsil təmsil edirəm," deyə müstəqil şəxsiyyət olduğunu və məhz öz qabiliyyətlərinə görə namizədlər sırasında dayandığını bəyan edib.

Klevlend debatları respublikaçı namizədlərin doqquz debatından birincisi idi.

XS
SM
MD
LG