Accessibility links

Ürək tutmasında yeni xilasetmə proseduru [Video]


Ürək tutmasında yeni xilasetmə proseduru
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Ohayo ştatının Kolumbus şəhərində ürək döyünmələri tez olan, ürəyi qəflətən dayanan insanlara təcili surətdə yardım edilir. Bu, xəstəxana ilə yanğınsöndürmə departamentinin birgə hazırladığı yeni prosedurdur.

Mark Bradford hər gün eyni yolla gedirdi. Lakin bir gün yolda gedərkən onun qəflətən ürəyi dayanıb və o, yerə yıxılıb. “Mənim kardiologiya şöbəsində ayıldığım yadımda qalıb” deyə, o bildirir.

Ürək dayanması hər an baş verə bilər. İndi buna yardım daha tez edilir. Məsələ ürəyin nəyə görə dayanmasıdır. Əgər ürək qanı ötürə bilmirsə və durmadan döyünürsə və ya ümumiyyətlə çırpıntı dayanırsa, yaşamaq şansı demək olar ki, yox dərəcəsindədir.

Birləşmiş Ştatlarda təcili yardım gərək olanda yanğınsöndürmə idarələrinə zəng edilir. Kolumbus şəhərindəki Ohayo Yanğınsöndürmə Departamenti CPR (Kardiopleminar reanimasiya) üçün Ohayo Dövlət Universitetinin Vaksner Tibb Mərkəzi ilə birlikdə yeni plan hazırlayıb.

Belə bir zəng olarkən xəstəxananın "Katetarizasiya laboratoriyası"nda hazırlıqları başa çatdırana qədər həkimlər təcili yardım maşınında olan avtomatik CPR cihazından istifadə edir. Bundan sonra laboratoriyadakı diaqnostik görüntüləmə avadanlıqlarına qoşulan həkimlər ürəyin damarlarını və kameralarını görə bilir.

Xəstəxanaya təcili yardımla çatdırılan xəstələrin çoxu təcili yardım otağına aparılır. Ohayo ştatında isə ürək tutması olan xəstələrə "Katetarizasiya laboratoriyası"ndan isitfadə etməklə təcili yardım edilir. Vaksner Tibb Mərkəzindən doktor Ernest Mazaferri: "Bu laboratoriyadan birbaşa istifadə ürək tutması olan insanlar üçün çox vacibdir. Çünki vaxt keçdikcə ürək daha çox zədələnir və bu zədələr beyin də daxil edilməklə, insanın bütün orqanlarına təsir edir.”

Birləşdirildikdən sonra bu cihaz xəstənin ürəyi və ağ ciyərinin əvəzinə işləyir. Ohayo Dövlət Universitetinin Tibb Mərkəzindən doktor Brayan Vhitson: “Biz ürək və ağ ciyəri rahatlayır, bundan sonra ürəyin yenidən normal döyünməsinə yardım edirik.”

Belə bir təcrübə həkimlərə ürək dayanmasının səbəblərini öyrənməyə, xəstələrin isə sağ qalmalarına imkan verir. Xəstəxana isə bu yeni yolun sağ qalma şansını 0-dan 40 faizə qədər artırdığını deyir. “Xəstələrin xəstəxanadan nevroloji baxımdan sağalıb çıxmaq, demək olar ki, ölümlə qarşılaşdıqları vaxt yenidən mənalı ömür yaşamaq şansı var.” deyə, Vaksner Tibb Mərkəzindən doktor Din Budolas bildirir.

Bradford Kolumbusda belə bir yardımı alan ilk xəstə idi. “Mənim bəxtim onda gətirdi ki, onlar yaxşı təlim keçmişdilər. Onlar bunun necə edildiyini bilirdilər. Bir də mən evdə tək deyil, parkda idim.”

Həkimlər bu yeni prosedurun standart hal alacağına və daha çox insanın həyatını xilas edəcəyinə ümid edir.

XS
SM
MD
LG