Accessibility links

Ohayoda ara seçkilərdə diqqət mərkəzində iş yerləridir


Ohayoda ara seçkilərdə diqqət mərkəzində iş yerləridir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

ABŞ-ın Orta Qərbi ştatlarının seçiciləri bu ilin noyabr ayında seçki məntəqələrinə üz tutduğu zaman, əsas diqqət mərkəzində prezident Donald Trampın iqtisadiyyatın canlanması və istehsal sahəsindəki işlərin regiona geri gətirilməsindəki roluna yönələcək. Dəyişən iqtisadiyyatın təsirinə məruz qalan insanlar seçkidə iştirak edəcək mi? Etsələr, kimə səs verəcəklər?

Ohayoda 2000-ci illərin sonunda baş verən Dünya Maliyyə Böhranı zamanı istehsal sahəsində 100 min iş yeri bağlandı. 2016-cı ildə isə ştatın böyük əksəriyyəti Donald Trampa səs verdi. O zamandan bəri istehsal sahəsindəki iş yerləri geri qayıtmağa başlayıb.

O vaxt ‘ölkəmizi bərpa etməyə yardım edəcək prezident kim olacaq? Olmalı olduğumuz yerə bizi aparacaq prezident kim olacaq?’ deyə düşünürdük. İndi isə daha çox kimə zərər verə bilərəm deyə düşünürük
Brendi Korvin

“İqtisadiyyat inkişaf edir. Dörd və ya səkkiz il öncə başlamasından asılı olmayaraq, bu inkişaf doğru istiqamətdə irəliləyir” – deyə, Markus Odoms bildirib.

Markus Odoms bu yaxınlarda Northwest Dövlət İctimai Kollecinin Qabaqcıl İstehsal Təlimləri Mərkəzində Avtomatlaşdırımış Sənaye Avadanlıqlarının Təmiri fakültəsindən məzun olub. Bu kimi proqramların məqdəsi gələcəkdə iş yerlərini getdikcə avtomatlaşdırılan sənayenin tələb etdiyi bacarıqlarla təmin etməkdir.

“Sizin valideyinləriniz fabrik və ya zavodda işləyib deyə, siz də orada iş tapacaqsınız demək deyil. Hazırda keçmişlə müqayisədə daha az bacarıqlara sahib işçilər var. Fabriklərdə robotlar və yüksək texnologiyalı avadanlıqlar var. Ona görə də, siz həmin fabriklərdə iş tapa bilmək üçün bu sahədə bacarıqlara sahib olmalısınız” – Northwest Dövlət İctimai Kollecinin təlim üzrə koordinatoru Tami Norris söyləyib.

Bu hal yaşlı işçilər üçün imkanları məhdudlaşdırır. Toledo şəhərinin işsizlik səviyyəsi ölkənin ortalama işsizlik səviyyəsindən yüksəkdir.

“Hər şey yeni bacarıqlar və istedadlar əldə etməyə bağlıdır. İşsizlik səviyyəsi beş faizdən aşağı olanda biz bilirik ki, işləmək istəyən hər kəs artıq işlə təmin olunub. Əgər kimsə işləmirlərsə, bu ona görədir ki, onun istəkləri və şərtləri fərqlidir”, Tolego Regional Ticarət Palatasının prezidenti Vendi Qramza bildirir.

Toledo 2016-cı ildə keçirilən prezident seçkisində demokratlara səs verib, Ohayonun şimal-qərbindəki kənd yerlərinin sakinləri isə respublikaçıları dəstəkləyib. İqtisadiyyatın canlanmasına Trampın səbəb olduğunu düşünən insanların da qarşıdan gələn ara seçkilərdə respublikaçılara səs verəcəyi gözlənilir.

Lakin digərləri uzun müddətli inkişaf perspektivlətindən narahatdır. Buna səbəb Çinin tətbiq etdiyi tarif və vergi kəsirlərinin milli büdcə kəsirinə təsiri ilə bağlı qeyri-müəyyənlikdir. Bəziləri seçkidə iştirak etməyin mənasız olduğunu düşünür.

“Bir səslə nə dəyişəcək?”, Brendi Korvin sual edir.

Daha öncə istehsal sahəsində işləyən indi isə telefon mərkəzində çalışan Brendi Korvin ABŞ iqtisadiyyyatının bərpasında həm Barak Obama həm də Donald Trampın rol oynadığını düşünür. Lakin mənfi siyasi mühit onu səs verməkdən çəkindirib.

“O vaxt ‘ölkəmizi bərpa etməyə yardım edəcək prezident kim olacaq? Olmalı olduğumuz yerə bizi aparacaq prezident kim olacaq?’ deyə düşünürdük. İndi isə daha çox kimə zərər verə bilərəm deyə düşünürük”, o deyib.

Özünü “iş baxımından ən möhtəşəm prezident” adlandıran Tramp bu yaxınlarda Ohayoya səfər edəcək və orada respublikaçı namizədlərə dəstək toplamaya çalışacaq.

XS
SM
MD
LG