Accessibility links

Oklahoma ştatının qubernatoru: Azərbaycan Prezidenti ilə görüşümüz səmimi idi


Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt

Azərbaycanda səfərdə olan ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt və kənd təsərrüfatı üzrə katib Blayne Arthur Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla görüşüb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yaydığı məlumata görə, görüşdə Oklahoma və Azərbaycan fermerlərinin təcrübə mübadiləsi və birgə çalışmalarına kömək etmək üçün yeni yollar araşdırılıb.

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt vər Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt vər Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov

Oklahoma ştatının qubernatoru Kevin Stitt iyulun 27-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra jurnalistlərə deyib ki, prezident Əliyevlə görüşdə enerji, şaxələnmə, yeni aeroportlar, dəmir yolları, yeni konsruksiya layihələri barədə müzakirələr aparıb.

“Prezidentlə görüşümüz səmimi idi. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında anlaşma memorandumu imzalandı. Oklahoma Universiteti Azərbaycanlı tələbələrin ödəniş haqqının 57 faizini ödəməyə hazırdır. Səfərimizin məqsədlərinən biri də kənd təsərrüfatı sahəsində çalışan şirkətlərimizi Azərbaycana cəlb etməkdir,” o qeyd edib.

O, Azərbaycanın digər regionlarına da səfər edəcəyini bildirib.

2019-cu ilin noyabr 6-8 tarixlərində ABŞ-ın Oklahoma şəhərində keçirilən Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG