Accessibility links

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək


ABŞ-ın Oklohoma şəhərində noyabrın 6-dan 8-dək Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

ABŞ-ın Azərbayandakı Səfirliyi bildirir ki, forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.

“Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci forumdur. Aprel ayında Çikaqoda keçirilən ilk forumda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə 14 Azərbaycan şirkətinin nümayəndə heyəti və İllinoys ştatının 33 şirkəti iştirak edib. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaradıb,” məlumatda deyilir.

Oklahoma-Azərbaycan Forumu heyvandarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.

Oklahoma ABŞ-da çovdarın birinci, mal ətinin isə ikinci böyük istehsalçısıdır. Kənd təsərrüfatı ştatın illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı ildə 1.9 milyard dollafr gəlir gətirir.

Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir.

Səfirlik bildirir ki, Oklahoma Milli Qvardiyası və Azərbaycan Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşliq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG