Accessibility links

ABŞ-ın Talsa şəhəri qaradərililərin qətliamının 100-cü ildönümünü qeyd edir


ABŞ Prezidenti Co Bayden 1921-ci ildə qaradərili icmanın irqi səbəbdən dəhşətli şəkildə məhv edilməsinin 100-cü illdönümünün qeyd edildiyi Oklahoma ştatının Talsa şəhərinə gedir. 100 il əvvəl ağlardan ibarət bir banda tərəfindən həmin şəhərdə 300 nəfər qətlə yetirilmiş, 10 min insan isə evsiz-eşiksiz qalmışdı.

Bayden Tolsada Qrinvud Mədəniyyət Mərkəzini gəzəcək və orada qətliamın 100-cü ildönümünə həsr etdiyi çıxışını edəcək.

Talsada baş verənlər ölkənin irqi zəmində zorakılıq tarixinin yalnız bir epizodudur. ABŞ-da hazırkı polis zorakılığı, iqtisadi irqi bərabərsizlik əleyhinə hərəkata baxmayaraq, bir çox amerikalı bundan xəbərsizdir. Tənqidçilər hesab edir ki, yeni səsvermə məhdudiyyətləri qaradərili və ispan mənşəli seçicilərin təsirini cilovlamaq üçün atılan bir addımdır.

Belə görünür vaxtilə Qara Vall Street kimi tanınan firavan Talsa icmasının məhv edilməsindən sonra bu günə yalnız üç nəfər qalıb. İrqi zəmindəki hücum 1960-cı illərdəki güclənən Vətəndaş Haqqları Hərəkatından qırx il əvvəl baş vermişdi.

Baş verənlərin tarixə yazılması üçün açılan yeni muzeyi Bayden ABŞ-ın cənub-qərbindəki 400 min əhalisi olan şəhərə 1921-ci il 31 May-1 İyun dəhşətlərini anmaq üçün gəldiyi vaxt ziyarət edəcək. Lakin həmin hücumdan sağ çıxanlara və onların nəsillərinə nə qədər təzminatlar veriləcəyi, qətliamda öldürülənlərin dəfn edildiyi yerlərin harada olduğu barədə suallar qalmaqdadır.

Sağ qalanlardan biri, 107 yaşlı Viola Fletçer bu yaxınlarda qətliama görə təzminatın ölçüsünün müəyyən edilməsi üçün Vaşinqtona etdiyi ilk səfəri zamanı Konqres panelinin qarşısına çıxıb və 7 yaşında olarkən məhəlləsinə edilən hücumdan xatirələrini danışıb.

"21-ci ilin may ayının 31-də mən ailəmlə birlikdə Qrinvuddaki evimizdə yatmışdım. O gecə yuxuya getdiyim məhəllə yalnız sərvət baxımından deyil, mədəniyyət və miras baxımından da zəngin idi. Gözəl bir evimiz var idi. Çox yaxşı qonşularımız var idi. Dostlarım var idi. Özümü təhlükəsiz hiss edirdim. Uşağın ehtiyac duyduğu hər şeyim var idi. Gələcəyim işıqlı idi.
Bir neçə saat ərzində bunların hamısı yox oldu" - deyə, Fletçer bildirib.

"Qətliam gecəsi məni ailəm oyatdı. Valideynlərim və beş bacı-qardaşım orada idi. Mənə buradan getməli olduğumuzu dedilər. Ağ bandanın zorakılığını heç vaxt unutmayacağam. Qaradərililərin güllələndiyi, küçədəki cəsədlər hələ də yadımdadır. Hələ də tüstü iyi hiss edir və alov görürəm, qışqırıqlar eşidirəm. Hələ qaradərililərin müəssisələrinin yandırıldığını görürəm. Hələ də başımızın üstündən uçan təyyarələri görürəm” - deyə, o davam edib.

Fletçer, “qırmızı dayı” kimi tanınan 100 yaşındakı qardaşı Van Ellis və üçüncü sağ qalan 106 yaşlı Lessi Benninqfild Rendl Oklahoma ştatı və Talsa Ticarət Palatasının 100 il əvvəl baş verən qətliama görə təzminat tələbinin əsas iddiaçılardır. Onlar şübhəlilərin qırğın zamanı baş verənlərdən cavabdeh olduqlarını iddia edirlər.

Yüz il əvvəl Qrinvud - Qara Wall Street kimi tanınan bölgənin Qara Talsa məhəlləsi Talsa Polis Şöbəsi işçilərinin də qatıldığı hücum zamanı tamamilə yandırılmışdı. Qırğın 19 yaşındakı qaradərili oğlanın liftdə 17 yaşlı ağdərili bir qıza təcavüz etməsi ilə bağlı ittihamlarla başlamışdı.

O vaxtın çoxsaylı hesabatlarında Qrinvuda hücum zamanı ağdərili polis işçilərinin yanğınlar törətdiyi və qaradərili insanları qətlə yetirdikləri ilə bağlı məlumatlar mövcuddur.

XS
SM
MD
LG