Accessibility links

Oklahomada ölümcül tornado baş verib


Oklahoma rəsmilərinin bazar günü verdiyi məlumata görə, gecə baş verən tornado qasırğası motel və mobil evlərin ərazisindən keçərək iki nəfərin ölümünə və ən azı 29 nəfərin xəsarət almasına səbəb olub.

Qasırğa şənbə günü gecə saatlarında Oklahoma Siti-dən təxminən 40 km. aralıqda yerləşən El Renoya çatıb.

Milli Meterologiya Xidmətinin verdiyi məlumata görə, küləyin sürəti saatda 218-265 km. olan bu qasırğa vurduğu ziyana və sürətinə görə 3-cü kateqoriyaya aid edilib.

Bazar günü fövqəladə hallarda yardım işçiləri ikinci mərtəbəsinin üçduğu motelin birinci mərtəbəsi və parkinq ərazisində dağıntıları təmizləyib.

Tornado ştatdan keçən qasırğalar nəticəsində əmələ gəlib. Ötən həftə ərzində ABŞ-ın Mərkəzi Qərb bölgəsini vuran tornadolar nəticəsində Oklahomada ölən 2 nəfər daxil olmaqla 11 nəfər həyatını itirib.

XS
SM
MD
LG