Accessibility links

"Çalışıram onların bünövrəsi düzgün qoyulsun"


"Çalışıram onların bünövrəsi düzgün qoyulsun"
please wait
Embed

No media source currently available

0:00 0:04:41 0:00

“Beynəlxalq müəllimlər günü”nün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı ilin oktyabrın 5-də YUNESKO verib. Müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkmək bu qərarın qayəsini təşkil edir. İndi dünyanın 100-dən çox ölkəsində 5 oktyabr müəllimlərin peşə bayramı qeyd edilir. Aysel Məmmədova da bu gün peşə bayramını qeyd edir. O, artıq 10 ilə yaxındır ki, ibtidai sinif müəlliməsi kimi çalışır. Hazırda 83 saylı məktəbdə 24 uşağa dərs deyir. İşinin çətinliklərinə baxmayaraq, uşaqlara bilik vermək onu sevindirir. Hər il olduğu kimi, bu il də şagirdləri onun bayramını təbrik edib. Onlar müəllimələrinə öz əlləri ilə hazırladıqları açıqcaları və ya çəkdikləri rəsmləri hədiyyə edib.

XS
SM
MD
LG