Accessibility links

Oktyabrda ABŞ-da 250,000 iş yeri açılıb


Oktyabrda ABŞ-da 250,000 iş yeri açılıb
please wait

No media source currently available

0:00 0:01:23 0:00

Ötən ay Birləşmiş Ştatlarda 250,000 yeni iş yeri açılıb və işçiləri əmək qüvvəsində qalmağa həvəsləndirmək üçün son onillikdə maaşlarda artım qeydə alınıb.

Əmək Departamentinin aylıq iş hesabatı 6 noyabrda keçiriləcək ara seçkilərinə bir həftə qalmış açıqlanır. Rəqəmlər ABŞ-da işsizliyin son 50 ildə rekord 3.7 faiz olmasını göstərir.

ABŞ-da işsizlik rekord 3.7 faizə düşüb.

Yeni iş axtaranların əmək bazarına daxil olması işləyən amerikalıların sayını 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırıb.

İstehlakçılar son 18 ilin rekord ruh yüksəkliyini sərgiləyirlər ki, bu da iqtisadi artıma təkan verir.

ABŞ iqtisadiyyatı 10 ildir ki, genişlənməkdə davam edir. Oktyabr 100-cü aydır ki, ard-arda ölkə iqtisadiyyatı çiçəklənməkdə davam edir.

Reuters-ə müsahibə verən iqtisadçılar oktyabr ayında iş yerlərinin sayının 190 min olacağını, işsizlik səviyyəsinin isə dəyişməyərək 3.7 faizdə qalacağını proqnozlaşdırırdı. Ədliyyə Nazirliyi bildirib ki, oktyabr ayının ortasında Floridada baş verən Maykl qasırğasının oktyabr ayı üçün milli işsizlik səviyyəsi və iş yerləri proqnozlarına nəzərəçarpan təsiri olmayıb.

“Məncə bu işsizlik hesabatı çox güclüdür və bizim son altı və ya yeddi ildir əmək bazarında şahid olduğumuz artım trendinin davamıdır. Firkimicə bu həm də sentyabrda Karolina ştatlarının Florens qasırğalarına məruz qalmasından sonra əmək bazarının yenidən müsbət inkişaf etdiyini göstərir. Belə görünür ki, Floridada baş verən digər qasırğanın əmək hesabatına böyük təsiri olmayıb”- deyə, Lending Tree-nin baş iqtisadçısı Tenday Kapfizey bildirib.

Saat başına orta əmək haqqı beş sent, yəni 0.2 faiz artıb.

XS
SM
MD
LG