Accessibility links

ABŞ-ın ən yaşlı sakini dünyasını dəyişib



Birləşmiş Ştatların ən yaşlı sakini olan Mamie Rearden yaşadığı Cənubi Karolina ştatında dünyasını dəyişib.

114 yaşlı Mamie Reardenin ABŞ-ın ən yaşlı sakini olduğu iki həftə bundan əvvəl elan edilmişdi.

O, 1898-ci ildə ildə Cənubi Karolina ştatından anadan olmuş və bütün həyatı boyu orada qalıb yaşamışdır.

Mamie Rearden bir neçə il məktəbdə müəəlim işləmiş, lakin sonradan işi dayandıraraq ev qadını olmuşdur. O, həyat yoldaşı Oasinin 1979-cu ildə ölümünə qədər 59 il onunla ömür sürmüşdür. Onların 10 övladı dünyaya gəlmişdir.

Mamie Rearden avtomobil idarə etməyi 65 yaşında öyrənmişdir. Maşın sürməyi öyrəndikdən sonra o, uzaq yerlərdə yaşadıqları üçün uşaqları məktəbə göndərməyib evdə saxlayan ailələri tapmaq işinə kömək məqsədilə yerli icmada könüllü kimi çalışmışdır.

Mamie Reardenin özündən sonra 10 övladı, 15 nəvəsi, 10 nəticəsi və bir kötükcəsi qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG