Accessibility links

Öldürülmüş üsyançı komandirin ailəsi ədalət tələb edir


Öldürülmüş üsyançı komandirin ailəsi ədalət tələb edir
Öldürülmüş üsyançı komandirin ailəsi ədalət tələb edir

Liviyada ötən həftə qətlə yetirilmiş üsyançı komandirin ailəsi deyir ki, əgər müxalifət liderləri qatilin kimliyini açıqlamasa, onda komandirin məxsus olduğu qəbilə ədalətin icrasını öz üzərinə götürəcək. General Abdel Fəttah Yunisin ailəsi qatillərin tez bir zamanda cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb.

Ötən həftə üsyançı komandir cəbhə xəttindən geri çağrıldıqdan sonra güllələnmişdi. Onun qətli qəsdin bilərəkdən planlaşdırıldığına dair şübhələrə yol açıb. Hələlik heç kəs həbs edilməyib.

Dünən üsyançılar Liviya hökumət qüvvələri ilə qərbi Ziltan şəhəri yaxınlığında döyüşüblər. Müxalifət qüvvələri artıq bir müddətdir ki, burada irəliləməyə çalışır.

Həkimlər deyirlər ki, Müəmmər Qəzzafiyə loyal qüvvələrin əks-hücumu nəticəsində 7 üsyançı ölmüş, azı 30 nəfər yaralanmışdır.

XS
SM
MD
LG