Soçi Olimpiya məşəlini fəzaya aparan iki rus və bir amerikalı astronavt 166 gün Beynəlxalq Fəza Stansiyasında missiyasını tamamladıqdan sonra geri dönüb.
Mayk Hopkins, Oleq Kotov və Serqey Ryazanskini daşıyan Soyuz fəza gəmisi çərşənbə axşamı səhər Qazaxıstanda yerə enib.
Kotov və Ryazanski noyabr ayında Olimpiya məşəlini söndürülmüş vəziyyətdə fəza gəzintisinə çıxararaq, Beynəlxalq Fəza Stansiyasının önündə şəkil çəkdirmişdi. Məşəldən keçən ay Soçidə keçirilən 2014-cü il Qış Olimpiya Oyunlarının açılışında Olimpiya məşəlini yandırmaq üçün istifadə olunub.
Bazar günü Kotov Beynalxalq Fəza Stansiyasının nəzarətini yapon Koiçi Vakata təhvil verib.