Accessibility links

ABŞ və Avropa Birliyi Türkiyəyə Suriyadakı əməliyyatlarla bağlı müraciət edib [Video]


ABŞ və Avropa Birliyi Türkiyəyə Suriyadakı əməliyyatlarla bağlı müraciət edib
please wait

No media source currently available

0:00 0:03:09 0:00

ABŞ və Avropa Birliyi Türkiyəyə Suriyadakı əməliyyatlarla bağlı müraciət edib

Bazar ertəsi Türkiyə hərbi qüvvələri ilə ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələri arasında baş verən toqquşmalar səbəbindən Suriyanın şimal şərqində yerləşən Afrindəki hərbi əməliyyatlar daha da kəskinləşib. Tillerson Londonda jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar hər iki tərəflə danışıqlarını davam etdirir.

"Biz hər iki tərəfdən sivil vətəndaş itkilərini minimuma endirməyi xahiş edirik. Çünki, kifayət qədər sivil itkiyə məruz qalmışıq. İndi biz Türkiyənin razı salacaq və hüquqi təhlükəsizliyinin təmin edilməsi üçün nə edə biləcəyimizlə bağlı birlikdə işləməliyik ki, yenidən İŞİD-ə qarşı mübarizəyə başlayıb, Cenevrə sülh prosesi vasitəsilə regionda sülh və sabitliyi bərpa edə bilər." - deyə, ABŞ dövlət katibi reks Tillerson bildirib.

Avropa Birliyinin yüksək səviyyəli diplomatı Federika Mogerinin tərəflərdən dinc əhali üçün humanitar yardımların təmin olunmasını tələb edib. O həmçinin bu hərbi əməliyyatların az qala 7 ildir Suriyada davam edən vətəndaş müharibəsinin sülh yolu ilə həll edilməsi prosesinə zərbə vuracağından narahatdır.

"Suriyada baş verən digər hərbi əməliyyatlarla yanaşı bu hadisə Cenevredə davam edən sülh danışıqlarına ciddi zərbə vuracaq. Hansı ki, biz bu danışıqların də Suriyada siyasi keçidlər birlikdə sülh və təhlükəsizlik gətirəcəyinə inanırıq." - deyə, Avropa Birliyinin diplomatik nümayəndəsi Federika Mogerini qeyd edib.

Prezident Ərdoğan isə öz növbəsində bildirib ki, Türk hərbi qüvvələri Türkiyə ilə Suriya sərhədindəki ərazilərin təhllükəsizliyini təmin etməyənə qədər əməliyyatları davam etdirəcəklər. O ABŞ-ı əsas planları Türkiyəyə hücum etmək olan Kürd qüvvələrini silahlandırmaqda günahlandırıb. Ərdoğan suriyalı kürdlərin Türkiyə, Avropa Birliyi və ABŞ tərəfindən terrorçu qrup kimi tanınan PKK ilə əlaqələrinin olduğunu iddia edib.

Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarını regiondakı vəziyyəti bilmədən və ya qəsdən təxribat məqsədli ilə kürd seperatçı hərəkatını dəstəkləməkdə günahlandırıb. Rusiyanın hərbi dəstəyi Suriya hökümətinə müxalif qüvvələr tərəfindən ələ keçirilmiş Şam kimi ərazilərin bərpa edilməsinə kömək edib. Türkiyə isə bu dəstəyə qarşı etiraz edib və hətta Suriya üzərindən uçan rus döyüş təyyarələrindən birini vurmuşduLakin, hadisədən qısa müddət sonra tərəflər ortaq razılığa gələ bilmişdi.

XS
SM
MD
LG