Accessibility links

ABŞ hökuməti 16 illik fasilədən sonra ölüm cəzasının bərpasına çalışır


ABŞ hökuməti 16 illik fasilədən sonra ölüm cəzasının bərpasına çalışır. Bu addım qətl ittihamı ilə həbsdə olan 5 məhkumun gələn bir neçə ay ərzində edamını nəzərdə tutur.

Baş prokuror Uilyam Barr Federal Həbsxanalar Bürosuna edam protokollarının hazırlanmasına göstəriş verib. 3 məhbusun 2020-ci ilin dekabr, ikisinin isə yanvar ayında ölüm hökmü icra edilməlidir.

ABŞ-da son edam 2003-cü ildə icra edilib. O zaman Luis Cons adlı körfəz müharibəsi veteranı olan müttəhim 19 yaşı əsgərin oğurlanaraq öldürülməsində ittiham edilmişdi.

Ölüm Hökmü İnformasiya Mərkəzinin bildirdiyinə görə, 65 məhbus federal ölüm hğkmü altındadır. ABŞ-ın 50 statının yarısından çoxu ölüm hökmü qanununa malikdir.

Ölüm hökmləri ABŞ-da 1972-ci ildə ləğv edilib. O zaman Ali Məhkəmə bunu "arbitrar cəza" adlandırmışdı. Lakin 1988-ci ildə qanun qismən bərpa və üç nəfərin ölüm hökmü icra edilmişdi.

ABŞ ölüm hökmü qanununa malik olan yeganə Qərb ölkəsidir. 29 ştatda qanun qüvvədədir.

Ötən il Amerikada 25 məhbus edam edilib.

Avropada isə ölüm hökmlərini icra edən yeganə ölkə Belarusdur.

XS
SM
MD
LG