Accessibility links

Oman körfəzində iki tankerə hücum olub


ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində hücuma məruz qalmış iki tankerə yardım etdiklərini bildirib.

Bəhreyndə qərarlaşan ABŞ-ın Beşinci Donanması hər iki tankerdən bir saat fərq ilə fəlakət siqnalı aldığını xəbər verib.

İranın dövlət xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, İranın Hərbi Dəniz Qüvvələri yanan tankerdən 44 heyət üzvünü xilas edib.

Oman körfəzi xam neft üçün mühüm nəqliyyat xətti olan Hörmüz boğazının yaxınlığnda yerləşir.

Bu həftə Yaponiyanın baş naziri Şinzo Abeni qəbul edən İranın xarici işlər naziri Cavad Zərif hadisə ilə bağlı öz Twitter hesabında yazıb. O, “Bu səhər baş verənlər çox şübhəli görünür”, yazıb. Tankerlər Yaponiya ilə bağlı idi.

Ötən ay Amerika Birləşmiş Ştatları İranı Birləşmiş Ərəb Əmirliklərinin sahillərində yerləşən dörd neftr tankerinə hücum etməkdə günahlandırıb. İran bu iddiaları rədd edib.

XS
SM
MD
LG