Accessibility links

Omikron variantı dünya boyu uçuşların ləğvinə səbəb olub


Hava yolları şirkətləri işçilərinin omikron variantına yoluxmalarına görə tətil səyahətinə çıxan insanlar uçuşlarının ləğvi ilə üzləşməyə davam edir.

Gecikmələri və ləğvləri izləyən FlightAware-in bildirdiyinə görə, təkcə bazar ertəsi dünya boyu ümumilikdə 2 395 uçuş ləğv edilib ki, onların 869-u “Birləşmiş Ştatlarda daxili və ya xarici” uçuşlar olub.

1602-si ABŞ-da olmaqla, dünya boyu təxminən 6342 reysdə gecikmə olub.

Milad həftəsi sonu minlərlə uçuş ləğv edilib ki, bu, səyahətçiləri çıxılmaz vəziyyətdə qoyub.

"Müştərilərimizdən tətil səyahət planlarının gecikməsinə görə üzr istəyirik. Delta işçiləri onları növbəti mövcud uçuşlarda lazım olan yerlərə mümkün qədər tez və təhlükəsiz çatdırmaq üçün çalışır" - deyə, Delta şirkəti bildirib.

Tətil mövsümü hava səyahətləri üçün ilin ən sıx mövsümüdür. ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi dekabr ayında 2,19 milyon sərnişinin yoxlanışdan keçdiyini bildirib. Belə ki, dekabrın 23-ü və ondan bir gün əvvəl 2019-cu ilin eyni günü ilə müqayisədə xeyli çox səyahətçi olub.

İşlərin nə vaxt normal vəziyyətə düşəcəyi bəlli deyil.

Delta və JetBlue şirkətlərinin ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə peyvənd edilmiş işçiləri üçün karantin vaxtlarını azaltmağı xahiş etdikləri bildirilir. Bəzi hava şirkətlərinin xəstə işçilərinin yerinə işləmək üçün işçilərinə bonuslar təklif etdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG