Accessibility links

ABŞ-ın bir neçə ştatında koronavirusun omikron variantına yoluxma halları qeydə alınıb


COVID-19-un omikron variantı ABŞ-ın ən azı beş ştatda aşkar edilib. Bu da virusun mutasiyalarının dünyanı sürətlə və asanlıqla dövrə vura biləcəyini göstərir.

Kaliforniya ştatında ilk dəfə qeydə alınman omikron variantı qısa müddətdə Nyu York şəhərində beş nəfərdə aşkar edilib. Yoluxanlar arasında Minnesota ştatından olan bir qadın noyabrın sonlarında Nyu Yorkun Manhetten ərazisində keçirilən anime konvensiyasının iştirakçısı olub.

Digər tərəfdən səhiyyə rəsmiləri bu yaxınlarda Afrikanın cənubuna səyahət etmiş bir koloradolu qadının da omikrona yoluxduğu bildirir. COVID-19-un bu versiyası peyvənd edilməmiş Havay sakinində də qeydə alınıb ki, onun yaxın zamanlarda səyahət tarixçəsi yoxdur.

19-21 noyabr tarixlərində keçirilən Anime NYC 2021 konvensiyasının təşkilatçıları bildirir ki, təxminən 50,000 insanın qatıldığı tədbirdə iştirakçılardan maska taxmaq və ən azı bir doza COVID-19 peyvəndini vurdurması tələb olunurmuş.

İştirakçıları əlavə testlərdən keçirdikdən sonra omikron vesiyasına yoluxmalar aşkar edilib.

Ştatın qubernatoru Keti Hokul bildirib ki, "Narahatlığa səbəb yoxdur. Biz sadəcə olaraq əmin olmaq istəyirik ki, ictimaiyyət bizim məlumatı aldığımız zaman ondan xəbərdar olsun".

Şəhərinin meri Bill de Blasio müsbət halların Nyu Yorkdakı coğrafi bölgüsünün virusun icmalarda yayıldığının göstəricisi olduğunu deyib. O virusun yayılmasının tək bir tədbirlə əlaqəli olmadığını bildirib.

Ölkədəki yeni yoluxma halları Kaliforniya ştatında ilk yoluxma halı qeydə alındıqdan bir gün sonra ortaya çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG