Son 25 ildə Birləşmiş Ştatlarda ağır cinayət törətməkdə ittiham olunan və bir müddət həbsdə olan 1700 nəfər bəraət qazanıb. Texasda ölüm cəzası alan 49 yaşlı Hyuston sakini Entoni Qreyvs onlardan biridir. Hazırda o, pulunu və vaxtını cinayət mühakiməsi sistemində islahatların aparılmasına sərf edir.
Mən öz hekayəmdən insanları maarifləndirmək, ən əsası isə onları cinayət mühakimə sistemimizdəki haqsızlıqlar barədə məlumatlandırmaq üçün istifadə edirəm
Bu günlər Entoni Qreyvs azadlıqdadır. O, vaxtını ABŞ-da cinayət mühakiməsi sahəsində islahatların aparılmasını təbliğ etməyə sərf edir.
Çox qısa zaman öncə isə o həbsdə idi. Günahsız biri olaraq o, ölüm cəzasına məkum olunmuşdu.
“Siz həyatımın 18 ilini əlimdən aldınız, məni edam etməyə çalışşdınız. Ona görə də mər gün sizin qarşınıza çıxıb demək istəyirəm ki, artıq bəzi şeyləri düzəltmək vaxtıdır.”
Qreyvs 1994-cü ildə Texasda bir qadını, onun qızı və dörd nəvəsini öldürməkdə ittiham olunub. Nəticədə o, 18 il həbsdə keçirib, bunun 12 ilini ölüm cəzasının gözləyərək.
İndi isə Qreyvs hüquqşunas və St. Tomas Universitetinin jurnalistika professoru Nikol Kasarezlə birgə çıxışlar edir.
“Tələbələrim və mən könüllü olaraq Entoninin işi üzərində işlədik.”
Azadlığa buraxılmazdan öncə başqa bir adam cinayəti törətdiyini boynuna alsa da, Qreyvsə bəraət qazandırmaq illərlə sürən kasassiya şikayətləri tələb edrdii.
İndi Qreyvs Amerikada haqsızlığın səbəblərindən söz açır. Onun fikrincə, buna az imkanlı şübhəlilər üçün kifayət qədər hüquqi yardımın olmaması, polisin təqsiri boyunlarına almaları üçün onlara təzyiq göstərməsi və prokurorların vəzifələrindən sui-istifadə etməsi daxildir.
Məncə, Entoninin hekayəsi kimi hekayələr tələbələrdə böyük təəsurrat yaradır və onları səs verib dəyişiklik etməyə təşviq edir
O, Texas ştatının yanlış yerə həbs olunduğu üçün ona verdiyi 1,5 milyon dolların bir hissəsini bu işə sərf edib. Kasarezlə birlikdə o, universitetlərdə bu məsələ ilə maraqlarnan insanlar tapıb, onların önündə çıxış edir. Bu universitetlərdən biri də Hyustonda yerləşən Rays Universitetidir.
“Mən öz hekayəmdən insanları maarifləndirmək, ən əsası isə onları cinayət mühakimə sistemimizdəki haqsızlıqlar barədə məlumatlandırmaq üçün istifadə edirəm.”
“Məncə, Entoninin hekayəsi kimi hekayələr tələbələrdə böyük təəsurrat yaradır və onları səs verib dəyişiklik etməyə təşviq edir.”
Entoni Qreyvs itirdiyi illərə görə acı hisslər keçirsə də, keçmişdən daha çox gələcək üçün narahat olduğunu deyir.