Accessibility links

“One Journey” hərəkatı


“One Journey” hərəkatı
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Tramp administrasiyasi Birləşmiş Ştatlara daxil olmaq istəyən qaçqınların sayını azaltdıqca yerli hərəkatlar ictimaiyyətin qaçqınların vəziyyətinin daha yaxşı başa düşməsinə yardım etməyə çalışır. Belə bir hərəkatlardan biri də bir qadının baçılıq etdiyi “One Journey” adlı hərəkatdır.

Dünya boyu təxminən 69 milyon insanın evlərini məcburi tərk etdiyi bir vaxt Vendi Çan bu böhranının daxilində olan insanların hekayələri haqda danışmaq istəyir. “Çox sayda təşkilat qaçqınların hekayələrini rəqələr vatisətilə nəql etməyə çalışır. Lakin onların çoxu bunu insanların ürəyi və ağlına təsir göstərə biləcək pozitiv tonda çatdıra bilmir. Çünki bütün bu çətinliklərlə baxmayaraq, mənim fikrimcə, bizim qaçqınların nümayiş etdirdiyi qətiyyət və ümidi göstərə bilməyimiz olduqda vacibdir."

“One Journey”in ilk festivalı keçən ilin iyun ayında Vaşinqtonda Milli Kafedralda keçirildi. Çan və hərəkatın həmtəsisçisi Vanda Berninger ölkə boyu qaçqın rəqqaslar, musiqiçilər və şairləri bir araya gətirdi. Keçənilki mərasimə 4 min adam qatıldı. Bu il isə Çan 200 qeyri-hökumət təşkilatı, yerli sənətkarlar, şirkətlərvə böyük korporasiyalar daxil olmaqla, mərasimə 8 mindən çox insanın tolaşacağını təxmin edir.

Mərasimin mühüm hissələrindən biri də tədbirdə yeni rəqəmsal texnologiyadan istifadədir. Vendi Çan: “Bizim ümumi bir studiyamız var ki, orada mərasim iştirakçıları buradakı portala qoşulub dünyanın müxtəlif yerlərində hələ də qaçqın düşərgələrində yaşayan qaçqınların hekayələri birbaşa özlərindən eşidə biləcək.”

Ziyarətçi Şon Bork: “Biz elə indicə rəqəmsal bağlantı laboratoriyasına getdik. Mənim uşaqlarım üçün o laboratoriyada oturub bir insanın başına gələnləri dinləmək onların dediyi kimi, çox vacibdir. Siz onların doğrudan da nəyə ehtiyacı olduqlarını anlayır və onlara nə necə yardım edə biləcəyinizi bilirsiniz.”

Vendi Çan Çində doğulub və Birləşmiş Şatalara ailəsi ilə birlikdə 12 yaşı olanda gəlib. O, qaçqınlara yardım etməyin nə dərəcədə vacib olduğunu yaxşı bilir. “Mənim ulu babam siyasi məhbus olub və 78 yaşında həbsxanada vəfat edib. Babam isə Çindən vətəndaş müharibəsi zamanı qaçıb. Biz başa düşməliyik ki, qaçqının başqa çarəsi yoxdur. Onlar yanlış zamanda, yanlış vaxtda doğulublar” - deyə, o bildirir.

Çanın bu coşğusu diqqətdən kənar qalmadı. Bu yaxınlarda Vaşinqon mahalının meriyası könüllü xidmətinə görə ona mükafat verib. “Mən bu mükafata görə şərəf duyuram. Lakin mən hamının “One Journey”ın həqiqətən də könüllü bir hərəkat olduğuna əmin olmalarını istəyirəm.”

Konsaltinq şirkətinin başçısı Çan həyatının lotareyasını udduğunu düşünür. "Mən bu ölkəyə gəlmişəm. Mənə tam potensialımdan istifadə etmək imkan verən həyatım var. Həyatda bəxti gətirən bir insan kimi başqalarına əl uzatmaq məcburiyyətindəyəm ".

XS
SM
MD
LG