Accessibility links

Azərbaycanda ənənəvi və onlayn media müzakirə edilib


"Ənənəvi mediadan onlayn mediayadək" mövzusunda konfrans
"Ənənəvi mediadan onlayn mediayadək" mövzusunda konfrans

Beynəlxalq təşkilatlar onlayn medianın ifadə azadlığının inkişafına təkan verdiyini bildirib. Onlayn media demokratik ölkələrdə fərdin azadlığını genişləndirir.

Bakıda yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Ənənəvi KİV-dən onlayn mediaya” mövzusunda keçirilən konfransda bu sahədə beynəlxalq standartlar, aktual problemlər, onlayn azadlığı ilə bağlı qanunvericilik bazası, islahatlar, internet idarəetmə imkanları, sosial media və sosial şəbəkələr diqqət mərkəzində olub.
Forum Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı, Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı, eləcə də ATƏT-in Bakı ofisinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

"Ənənəvi medadan onlayn mediasınadək" reportajı
please wait

No media source currently available

0:00 0:04:19 0:00
Direct link

Azərbaycanda onlayn media ənənəvi medianın bazasında yaranır. “Ölkədə KİV-lərin internet səhifələrində onlayn sistemi fəaliyyətdədir. Media xəbərləri onlayn sistemi ilə video, audio və yazı şəklində cəmiyyətə çatdırmaq imkanlarına malikdir”, - deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib.
O, KİV-lərlə bağlı statistik rəqəmlərə də müraciət edib. “Hazırda 40 gündəlik qəzet, 200 həftəlik qəzet dərc olunur. Ölkə ərazisində yayımlanan 9 televiziya, 14 regional televiziya var. Əhalinin orta hesabla 65 faizi internetdən istifadə imkanına malikdir. 35 faiz əhali isə genişzolaqlı sürətli internetdən istifadə edir. 20 internet teleradio fəaliyyətdədir. Qeyri-rəsmi məlumatlara görə, 1 milyon Facebook istifadəçisi və 2000 bloq var. Gün ərzində bir milyon insan məlumatları onlayn mediadan alır”, - Mətbuat Şurasının sədri bildirib.
Beynəlxalq təşkilatların təmsilçilərinin çıxışlarında əsas xətt onlayn mediasının fundamental azadlıların inkişafında rolu, Azərbaycanda Prezident Adminstasiyası ilə vətəndaş cəmiyyəti və media arasında başlanan dialoq olub. “Prezident Administrasiya ilə vətəndaş cəmiyyəti və media arasında bu yaxınlarda başlanmış dialoq çox vacibdir. Bu konfrans həm də dialoqun davamıdır. Biz dialoqun davam etdirilməsini dəstəkləyirik”, - deyə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay. Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostotpulos, Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman və Avropa İttifaqının nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov çıxışlarında bu sözlərə istinad edib. Çıxışlarda həmçinin ənənəvi media ilə onlayn mediasının birlikdə inkişafının vacibliyi qeyd edilib. “İfadə və media azadlığının məhdudlaşdırılmasına yönələn müdaxilələr olmamalıdır. İnternet və onlayn sistemi media mühitini dəyişib və bəzi təhlükələr də yaradır. Bütün bunlara baxmayaraq həm ənənəvi, həm də onlayn mediası ifadə azadlığını artırır, hər bir şəxsin fikrini azad ifadə etmək imkanları yaradır. Bu səbəbdən ənənəvi media ilə onlayn mediası bir yerdə inkişaf etdirilməlidir”, - deyə Avropa İttifaqının Azərbaycan ofisinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov qeyd edib.
Böyük Britaniyanın səfiri Peter Bateman demokratik dövlətlərdə azadlıqların inkişafını vacib sayır. “İnternet dünyada sərhədləri götürüb. Artıq insanların sərhədlər daxilində deyil, ümumi fikirlər ətrafında birləşməsi aktuallaşıb”.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Azərbaycanın gələcəyini azad, plüralist, peşəkar mediasız təsəvvür etmir. “Bu səbəbdən də hökumət ənənəvi media ilə yanaşı onlayn mediasını dəstəkləməkdə davam edəcək”.
O, eyni zamanda, hökumət qurumlarında informasiyalarının operativ şəkildə medialara çatdırılması sahəsində yeniliklərin olacağını diqqətə çatdırıb.
ATƏT və Avropa Şurasının Bakı ofislərinin rəhbərləri onlayn mediası sahəsində Azərbaycanda layihələri davam etdiriləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG