Accessibility links

Onurğa beyni xəsarəti ilə bağlı araşdırma [Video]


Onurğa beyni xəsarəti ilə bağlı araşdırma
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Yeni bir kliniki sınaqda tədqiqatçılar iflicli bir kişinin əlini tərpədə bilməsinə nail olublar. Bu, iflici olan insanlarda hərəkət etmək qabiliyyətinin bərpası yolunda atılan mühüm bir addımdır.

Bill Koçevar 8 il bundan öncə velosiped qəzasına uğrayıb. Nəticədə o, ciddi onurğa beyni xəsarəti alıb. Onun bədəninin çiyinlərindən aşağı hissəsi iflic olub.

Onurğa beyni xəsarəti alan insanlarda tamamilə normal işləyən beyinlə normal işləyən bədən arasında əlaqə kəsilir.
Ley Hokberq

Lakin indi Koçevar artıq özü əli ilə yemək yeyə və qəhvə içə bilir.

O, Case Western Reserve Universitetinin apardığı araşdırmada iştirak edir. Bu araşdırmada tədqiqatçılar tədqiqat mərhələsində olan iki texnologiyanı birləşdirib çox gözəl nəticələr əldə ediblər.

Robert Kirş universitetin biotibbi mühəndislik fakültəsinin sədridir.

“Biz insana beyindəki fikirləri qeyd edən elektrodlar və FES sistemi yerləşdirmişik”, deyə o bildirir.

FES funksional elektrik stimullaşdırılma sistemidir. Koşevarın sağ qoluna yerləşdirilən 36 elektrod onun əl, dirsək və çiynindəki əzələlərə təkan verir.

Ley Hokberq: “Onurğa beyni xəsarəti alan insanlarda tamamilə normal işləyən beyinlə normal işləyən bədən arasında əlaqə kəsilir”.

Tədqiqatın həm-müəllifi Ley Hokberq deyir ki, beyin-kompyuter interfeysi, BrainGate, Koçevarın beyninin hərəkətləri idarə edən hissəsini əl və qolundakı əzələlərlə əlaqələndirir.

Onun beyin qabığının hərəki hissəsinə əməliyyat vasitəsilə yerləşdirilən elektrodlar tədqiqatçıların qeyd edə bildikləri nevral siqnallar ötürür.

Bəli mən xəsarət almışam. Amma həyat buna görə durmayıb.
Bil Koçevar

“Biz beyindəki bu fəallığı deşifrələyib, göstərişləri FES sisteminə ötürdük və beləcə Koçevar qolunu uzadıb fincanı öz əli ilə götürə bildi”, Hokberq deyir.

Koçevar çox az hərəkət edə bilməsinin belə çox gözəl bir hiss olduğunu deyir.

“Bəli mən xəsarət almışam. Amma həyat buna görə durmayıb”, deyə o bildirir.

“Biz onun onurğa beynində yaranan xəsarətə çarə tapmışıq. İndi o, əlini tərpətmək istədiyini düşündüyü an, əli tərpənəcək”, Kirş deyir.

Koçevarın tövsiyyələri ilə bu tədqiqata verdiyi töhfələr Horkberq və Kirş kimi həkim və mühədislərə gələcəkdə iflici olan başqa insanlara da yardım etmək imkanı verir.

“Biz artıq bütün dünyaya göstərə biləri ki, beyinlə bədən arasındakı əlaqəni bərpa edib, əlin tərpənə bilməsini təmin etmək mümkündür”, Koçevar deyir.

BrainGate-in gidər bir araşdırmanın nəticələri isə iflicli insanların kompyuter siçanı və robot əli tərpədə bildiklərini göstərir.

XS
SM
MD
LG