Accessibility links

OPEC+ neft hasilatını azaltmağa razılaşıb


OPEC
OPEC

OPEC və Rusiyanın başçılıq etdiyi müttəfiqləri bazar ertəsi iqtisadi yavaşlama ilə əlaqədar narahatlıqlar fonunda azalan qiyməti artıtmaq məqsədilə neft hasilatını kiçik həcmdə azaltmaq barədə razılığa gəliblər.

Neft istehsalçıları oktyabr ayı üçün hasilatı gündə 100 min barel azaldacaq ki, bu da qlobal tələbatın cəmi 0,1%-ni təşkil edir. Onlar həmçinin qeyri-sabitlik davam etdiyi təqdirdə OPEC-in lideri Səudiyyə Ərəbistanın növbədənkənar iclas keçirə biləcəyi üzərində razılaşıblar.

OPEC neft qiymətlərində dalğalanmaları müşahidə etdiyi üçün bu qərar mahiyyət etibarilə status-kvonu qoruyur.

OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı ötən ay neft qiymətində şişirdilmiş dəyişikliklərə cavab olaraq hasilatı kəsmək ehtimalını irəli sürmüşdü.

Bençmark Brent xam nefti LCOc1 Qərbdə iqtisadi yavaşlama və tənəzzül qorxusu fonunda iyun ayında bir barrelə 120 dollardan 95 dollara düşüb.

Rusiyanın baş nazir müavini Aleksandr Novak bazar ertəsi deyib ki, "OPEC+"ın neft hasilatını azaltması zəif qlobal iqtisadi artımla bağlı gözləntiləri əks etdirir.

Neft qiymətinin azalmasına həmçinin Tehran 2015-ci ildə dünya qüdrətləri ilə imzaladığı nüvə razılığını canladıracağı təqdirdə, İran xam neftinin yenidən bazara daxil olması ilə tədarükün artması ehtimalı səbəb olub.

“Belə görünür ki, siyasi tərəfi odur ki, bu, Səudiyyənin ABŞ-a İran nüvə razılığının canlandırılması ilə bağlı mesajıdır… Bu qərarı qiymətə dəstəkdən başqa bir şey kimi şərh etmək çətindir,” neft brokeri PVM-dən Tamas Varqa deyir.

Sanksiyalar yumşalsa, İranın tədarükə gündə 1 milyon barel, yəni qlobal tələbatın 1 faizini əlavə edəcəyi gözlənilir, ancaq cümə günü nüvə razılığı ilə bağlı proqnozlar ürəkaçan deyildi.

Ağ Ev bazar ertəsi deyib ki, ABŞ Prezidenti Co Bayden enerji təchizatını artırmaq və qiymətləri aşağı salmaq üçün zəruri addımlar atmağa sadiqdir.

“Hasilatın azaldılması neft qiymətlərinin barelə 90 dollardan yuxarı saxlamaq niyyətinin olduğuna işarə edir,” UBS-dən Ciovanni Staunovo deyir.

Rusiya isə Ukraynadakı hərbi münaqişəsi səbəbilə Rusiyanın enerji təchizatına qiymət məhdudiyyəri tətbiq etmək ideyasını dəstəkləyən ölkələrə neft təchizatını dayandıracağını bildirib.

Bu arada isə Rusiyanın Avropaya qaz tədarükləri daha da azalıb ki, bu da, daha çox qiymət artımına səbəb ola bilər.

“Dünya yaşayış xərcləri böhranı ilə üzləşdiyi bir vaxtda hasilatı azaltmaq onlara heç bir dost qazandırmayacaq," Oanda təhlilçisi Creq Erlam deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG