Accessibility links

OPEC apreldəki iclası təxirə salıb, hasilatı azaltmağa davam etməyə qərar verib


OPEC apreldəki iclası təxirə salıb, hasilatı azaltmağa davam etməyə qərar verib
please wait

No media source currently available

0:00 0:01:15 0:00

Neft hasil edən ölkələrdən ibarət OPEC qrupu bazar ertəsi aprelə planlaşdırılan iclası təxirə salıb və bunun əvəzinə iyun ayında, bazar ABŞ-ın İrana qarşı sanksiyalarını və Venesueladakı tənəzzülün təsirlərini dəyələndirəndən sonra hasilatın azalmasının davam edib-etməyəcəyinə qərar verəcək.

OPEC ABŞ-ın İrana qarşı sanksiyalarının və Venesueladakı böhranın tam təsirini dəyərləndirmək məqsədilə aprel ayına planlaşdırılan iclasını təxirə salıb və iyun ayında keçrilicək iclas zamanı hasilatı azaltmağa davam edib-etməyəcəyininə qərar verəcək.

Bakıdakı mətbuat konfransındaOPEC-in de fakto lideri Səudiyyə Ərəbistanınınenergetika və təbii resurslar naziri Xalid əl-Falih bildirib ki, ilin sonunadək dünya neft bazarı bol görünür, lakin hasilat siyasəti ilə bağlı qərar vermək üçün aprel çox tezdir.

ABŞ son illərdə neft hasilatını artırıb, eyni zamanda isə Venesuela və İranın qlobal bazarlara təminatını azaltmaq məqsədilə hər iki OPEC üzvünə sanksiyalar tətbiq edib.

Donald Tramp neft ixrac edən ölkələrdən ibarət OPEC-i açıq tənqid edib və yüksək neft qiymətlərinə görə təşkilatı günahlandırıb.

Bir çox OPEC üzvü isə Trampın sanksiya siyasətinin bazardakı qiymətləri artırdığını söyləyib.

OPEC və müttəfiqləri qiymətləri artırmaq məqsədilə dekabr ayında neftin hasilatınınsutkada 1.2 milyon barel azaldılması barədə razılığa gəlib.

XS
SM
MD
LG