Accessibility links

OPEC neft hasilatını azaltmaq üçün görüş keçirir


Quruma üzv ölkələrdə neft hasilatı çox yüksəkdir

OPEC nazirləri cümə günü Vyana görüş keçirərək son dərəcə aşağı benzin qiymətlərini artırmaq məqsədilə neft hasilatını azaldıb-azaltmamağı müzakirə edəcəklər.

Bir çox market təhlilçisi 12 dövlətdən ibarət qlobal neft kartelinin üzvlərinin hasilatı indiki səviyyədə saxlayacaqlarını təxmin edir.

Yarımillik görüşdən öncə OPEC-in ən böyük hasilatçısı olan Səudiyyə Ərəbistanı bazardakı hissələrini qorumaq ümidi ilə hasilatın azaldılmasına dair çağırışlarına məhəl qoymayıb.

OPEC-ə üzv ölkələrdə neft hasilatı çox yüksəkdir. Bu da öz növbəsində son bir il yarım ərzində neft qiymətinin 60 faiz düşməsinə səbəb olub.

Gələcək zaman ərzində isə hasilat daha da arta bilər.

Qərbin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalar gələn il aradan qaldırılacaq və bundan sonra Tehran sanksiya dövründən öncəki səviyyədə neft hasil edəcəyini bildirib. Sanksiyalardan öncə isə İran OPEC-də ikinci ən böyük neft istehsalçısı idi.

İraq da gələn il ərzində neft hasilatını artıracağını vəd edib.

Bundan əlavə ABŞ-ın şist neftinin hasilatını artırması da OPEC üzvləri üçün rəqabəti artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG