Accessibility links

Operativ Qərargah qanun pozuntusuna yol vermiş obyektlərə xəbərdarlıq edib


“Son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Baş sanitar həkimin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb."

Bu barədə Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair yaydığı məlumatda deyilir.

"Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb," məlumatda qeyd olunub.

Operativ Qərargah qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq ciddi tədbirlər görüləcəyini vurğulayıb.

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək. Nazirlər Kabinetinin qərarına əsasən bu dövrdə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Şərhlərə bax

XS
SM
MD
LG