Accessibility links

Gürcüstan prezidenti müxalifət telekanalının yaradıcısını əfv edib


Gürcüstan prezidenti Salome Zurabişvili cümə axşamı xüsusi brifinqdə müxalif “Mtavari Arxi (Əsas kanal)” teleşirkətinin təsisçisi Nika Qvaramiyanı əfv etdiyini açıqlayıb. İyunun 23-də o, azadlığa buraxılıb.

Ötən ilin mayında Tbilisi Şəhər Məhkəməsi jurnalisti başqa bir televiziya şirkəti - Rustavi 2-nin pullarını mənimsəmə ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Şəhər məhkəməsinin hökmü sonradan apellyasiya və ali məhkəmələr tərəfindən təsdiqlənib.

Qvaramiya heç vaxt özünü müqəssir tanımayıb və özünə qarşı cinayət işini “sırf siyasi” adlandırıb. Qərb ölkələrinin nümayəndələri, o cümlədən Avropa Parlamentinin deputatları, eləcə də ABŞ Dövlət Departamenti media meneceri və jurnalistin həbsinin “Avropa İttifaqına inteqrasiya ilə bir araya sığmadığı” dəfələrlə qeyd ediblər.

Tbilisi Aİ-yə namizəd statusu almaq istəyir və ölkədəki bir çox ekspertin fikrincə, prezidentin qərarı namizədliyin əldə olunmasını asanlaşdıra bilər.

Əvvəllər Gürcüstana “Avropa perspektivi olan ölkə” statusu verilmişdi. Aİ ilə inteqrasiyanın daha yüksək səviyyəsinə keçmək üçün Brüssel ilk növbədə, məhkəmə sistemində dərin demokratik islahatların aparılması üçün 12 şərt irəli sürüb.

Qvaramiyanın Rustavi şəhərində həbsxanadan çıxandan sonra Salome Zurabişvilini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini əfv etməyə çağırıb. Lakin o, bu qərardan sonra belə siyasətçinin digər cinayət işlərində ona qarşı irəli sürülən ittihamlara görə hələ də həbsdə qalacağını bildirərək, bundan imtina edir.

XS
SM
MD
LG