Accessibility links

Oqtay Gülalıyev: İnanıram ki, məruzəçi siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq


Sunna Thorhildur Evarsdottir və Oqtay Gülaliyev
Sunna Thorhildur Evarsdottir və Oqtay Gülaliyev

Sentyabrın 5-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur Evarsdottirin Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülaliyevlə görüşündə ölkədə siyasi məhbuslar problemi ətrafında fikir mübadiləsi aparılıb.

“Siyasi məhbuslar üzrə məruzəçiylə ölkəmizdə insanların siyasi və saxta motivlərlə şərlənib həbs olunması, təqiblərə və ağır işgəncələrə mətuz qalması, eləcə də Gəncə və Tərtər hadisələri barədə məlumatları bölüşdüm. Səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini bildirən qonaq bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söylədi. İnanıram ki, məruzəçi ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Və bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhvə verəcək,” hüquq müdafiəçisi facebook səhifəsində yazıb.

Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri İslandiyadan olan deputat Thorhild Sunna 2018-ci il iyunun 25-də "Azərbaycandakı siyasi məhbuslar"üzrə məruzəçi seçilib.

Deputat Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlayıb Avropa Şurası Parlament Assambleyasına təqdim etməlidir. Onun bundan öncə Azərbaycana səfəri təxirə salınıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Bununla yanaşı, bu il sentyabrın 3-də Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 119 məhbusun adı daxil edilib.

2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı rədd edib. Strasser dəfələrlə Azıərbaycana gəlməyə cəhd etsə də o ölkəyə buraxılmayıb.

2016-cı ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsi (OCCRP) çərçivəsində aparılan araşdırmalar nəticəsində Azərbaycandan AŞPA-da lobbiçilik məqsədi ilə bu qurumun üzvlərinə milyonlarla avro ödənildiyini müəyyən edilib. İtaliya prokurorluğu AŞPA-nin vitse-prezidenti olmuş Luka Volontenin hesabına Azərbaycandan 2,39 milyon avro vəsait daxil olduğunu müəyyən edib. Araşdırmaların nəticəsi olaraq AŞPA-nin bir sıra vəzifəli şəxlsəri bu qurumdan uzaqlaşdırlıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG