Accessibility links

Oqtay Gülalıyev xəstəxanaya yerləşdirilib


Hüquq müdafiəçisi Oqtay Gülalıyev səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib.

Təbriz Gülalıyevin sözlərinə görə, hüquq müdafiəçisinin yenidən beyninə maye yığılıb.

Onun sözlərinə görə, Gülalıyevdən koronavirus infeksiyası ilə bağlı götürülmüş analizin nəticəsi pozitiv çıxsa da, səhhətində geriləmənin səbəbi infeksiya deyil:

"Dünən, noyabrın 17-də məlum olub ki, koronavirus testinin nəticəsi pozitivdir. Amma biz beyninə mayenin yığılmasının səbəbinin məhz COVID olduğuna inanmırıq. Çünki atamda qızdırma yalnız baş nahiyəsində idi, bədənin temperaturu isə normal idi, digər simptomlar da yox idi. Amma hər halda test pozitiv çıxıb və atam "Yeni Klinika" xəstəxanasına yerləşdirildi".

Xatırlatma

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.

Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilirdi.

Şərhlərə bax

XS
SM
MD
LG