Accessibility links

Oqtay Gülalıyevin avtomobillə vurulması barədə cinayət işi üzrə hazırlıq iclası başlayır


Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi üzrə hazırlıq iclası hakim Azər Tağıyevin sədrliyi ilə oktyabrın 30-a təyin edilib.

Bu barədə vəkil Fuad Ağayev bildirib.

İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib.

İlkin olaraq ona Azərbaycan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarının pozulması) ilə ittiham irəli sürülüb, lakin indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu maddə zərər çəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasını nəzərdə tutur.

Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci üzrə üç ilədək azadlıqdan məhrumetmədir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, başından aldığı zədə nəticəsində hələ də komadadır.

Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.

XS
SM
MD
LG