Accessibility links

Oqtay Gülalıyevin işi üzrə məhkəmə baxışı başlanıb


Hüquq müdafiəçisinin avtomobillə vurulması üzrə məhkəmə baxışı başlayıb
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Noyabrın 13-də Bakının Nəsimi Rayon Məhkəməsində 2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Hakim Azər Tağıyevin sədrliyilə bugünkü iclasda müttəhim Kənan Abdullayevin, həmçinin bəzi şahidlərin, əsasən, 1 saylı Klinik Tibbi Mərkəzin tibbi personalının ifadələri dinlənilib.

Gülalıyevi avtomobillə vuran Kənan Abdullayev bildirib ki, hadisədən öncə 4 ay icarəyə götürülmüş avtomobillə taksi kimi daşıma ilə məşğul olub. Üç taksi xidməti operatorları ilə işləyir. Həmin gün Bakıda Nizami kinoteatrının yanından iki müştəri götürərək Yanardağa (Bakı ətrafı) aparıb, sonra Bakıya qayıdıb və onları Puşkinin küçəsinin tinində düşürüb, halbuki müştəriləri 2111 taksi operatorunun sifarişilə götürdüyü yerə, Nizami kinoteatrına qaytarmalıydı. Bunu onunla izah edib ki, uşağı Nizami küçəsi, 131-də yerləşən uşaq bağçasından götürməyə tələsirdi. O, daimi müştərisi Saməddin Əsədovun sifarişilə bu işi hər gün edib. Həmin ünvanda onu Əsədovun həyat yoldaşı Maya Əsədova uşaqla gözləyib. Məhkəmədə ər-arvad sifarişi təsdiqləyiblər. Saat 17.20-a yaxın Əsədovaya zəng gəlib ki, Kənan onların yanına gəlir. Lakin bundan sonra həyat yoldaşı telefon edib ki, Kənan adam vurub və gəlməyib.

Abdullayev bildirib ki, Puşkin küçəsinə dönərkən yolu keçən Gülalıyevi görməyib, 15-20 km/saat sürətlə gedən avtomobilin sağ qanadı ilə onu vurub. Dərhal ona kömək edib, yerdən qaldırıb, maşına oturdub. Gülalıyev onu düşürməyi xahiş edib, çünki özünü normal hiss etdiyini bildirib. Amma Abdullayev 18.10 radələrində onu klinikaya aparıb, sonradan oraya hadisənin şahidləri gəliblər. Abdulayev yolda ləngiməni tıxaclarla, hərəkətin ayrı-ayrı yerlərdə dayanması ilə izah edib.

Abdullayev Gülalıyevi klinikanın həkimlərinə təhvil verib, sonra polis onu Nəsimi Rayon Polis İdarəsinə aparıb. Dediyi kimi, orada üç gün qalıb. Lakin hakim deyib ki, polisin qeydində bir sutka göstərilib. Abdullayev bildirib ki, onu evə buraxıblar, amma sonra yenidən polisə qayıdıb.

1 saylı Klinik Tibb Mərkəzinin şüa diaqnostikası şöbəsinin müdiri Tamara Hacıyeva məhkəmədə bildirib ki, kompüter tomoqrafiyası kəllənin hər iki yarımkürəsində sümük çatlarını aşkar edib, lakin qansızma qeydə alınmayıb.

Neyrocərrah Əmirəli Yusifov bildirib ki, müayinə kəllədə çat, hematoma olduğunu bildirib. Bununla əlaqədar Gülalıyev reanimasiya şöbəsinə yerləşdirilib. Gülalıyev həkimlərə deyib ki, istəyir ki, onu evə yazsınlar. O, həyat yoldaşını çağırıb və vəziyyəti barədə məlumat verib. Gülalıyevin xanımı klinikaya gəlib. Saat 21.00-ə yaxın təkrar tomoqrafiya planlaşdırılıb. Əgər 5 mm.-dən çox həcmdə qanaxma dislokasiyası aşkar edilsəydi, onun aradan qaldırılması üçün əməliyyat həyata keçiriləcəkdi. Lakin Gülalıyevin xanımının və daha bir neçə nəfərin təkidilə "Bakı Siti Hospital"ə aparılıb,” Yusifov bildirib.

Gülalıyevin oğlu Təbrizin “niyə atası aparılarkən boynunda korset olmayıb və onu huşsuz vəziyyətdə "Bakı Siti Hospital"a göndəriblər” sualının cavabında Yusifov deyib ki, boyun nahiyəsində zədələr aşkar olunmayıb, şüursuz vəziyyətdə olması barədə məlumatı olmayıb. Lakin Yusifov mühüm etiraf edib: Gülalıyev "Bakı Siti Hospitalı"a müayinə və görülmüş tədbirlər barədə sənədlərsiz göndərilib. Yalnız rəy göndərilib. O da oktyabrın 30-da, günün birinci yarısında Gulalıyev komaya düşərək vəziyyəti kritik olduğu vaxtda. Yusifov bunu ona görə izah edib ki, klinikanın möhürü baş həkimdə olur və sənədləri tərtib etmək mümkün olmayıb.

Anestezioloq-reanimator Vaqif Rəhimov məhkəmə iclasında bildirib ki, Gülalıyevin başındakı zədələrin nəticələrinin aradan qaldırılması üçün bütün lazımi prosedurlar qəbul edilib. O həmçinin müalicənin onların klinikasında davam etdirməyi lazım bilir.

Kənan Abdullayevin Yanardağa apardığı və insidentdən düşürdüyü sərnişinlərindən biri məhkəməyə gəlməyib. Hakim onun noyabrın 16-na təyin olunmuş növbəti məhkəmə iclasına gətirilməsi barədə göstəriş verib.

Xatırladaq ki, 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində O. Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.

Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib.

İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. İlkin olaraq ona Azərbaycan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) üzrə ittiham irəli sürülüb, lakin indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasını nəzərdə tutur. Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Şərhlərə bax

XS
SM
MD
LG